12px13px15px17px
Tarix:13/11/14

“Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə olunan 20 e-xidmətdən 4-ü RYTN-in payına düşüb

“Elektron hökumət” bülleteninin növbəti sayında  oktyabr ayı ərzində “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətin siyahısı təqdim olunub.
 
Siyahıda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 9, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 4, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2, “Elektron hökumət” portalının 2, Təhsil Nazirliyinin (TN) 1, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının (DQMK) 1 elektron xidməti yer alıb.
 
RYTN-in elektron xidmətlərindən ən çox – 78351 dəfə “Telefon nömrəsi üzrə axtarış” e-xidmətinə müraciət olunub.
 
Nazirliyin “Mobil cihazların “IMEI” kodunun yoxlanılması” xidmətindən 26247 dəfə, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən 19175 dəfə, “AzDataCom” internet xidmətinə qoşulma üçün sifariş” xidmətindən isə 3207 dəfə istifadə olunub.
 
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adıçəkilən 4 xidməti 20 xidmətin daxil olduğu ümumi siyahıda müvafiq olaraq 2-ci, 4-cü, 5-ci və 16-cı yerlərdə qərarlaşıb.
 
CAHANGİR
 
 
 



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Dekabr 2024

17 12 2024