Tarix:13/11/14
Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2 959 944 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 1 003 372 nəfər olub. Belə ki, 1 003 372 nəfər ümumən 2 959 944 dəfə portala baxıb və 5 597 818 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 10 441 045 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 29 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 35,4%-ni yeni istifadəçilər, 64,6%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 130 142-yə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 382 ədəd olub.
CAHANGİR
“Elektron hökumət” portalına 1 milyondan artıq insan müraciət edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib.Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2 959 944 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə 1 003 372 nəfər olub. Belə ki, 1 003 372 nəfər ümumən 2 959 944 dəfə portala baxıb və 5 597 818 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 10 441 045 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 29 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 35,4%-ni yeni istifadəçilər, 64,6%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 130 142-yə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 382 ədəd olub.
CAHANGİR
Baxış sayı: 797
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı