Tarix:14/11/14
Cari ilin sentyabrında ilk dəfə səhmlər satışa çıxarıldıqdan sonra "Alibaba” 169 milyard dollar dəyərində qiymətləndirilib və dərhal reytinqdə həmin dövrdə kapitallaşması 104 milyard dollar təşkil edən “Facebook” şirkətini geridə qoyub. “IPO” (səhmlərin ilkin yerləşdirilməsi) hərracında iştirak Çin şirkətinə “Amazon.com Inc.”, “Walt Disney Co.” Və “Citigroup Inc.” şirkətlərini ötməyə imkan verib.
“IPO”-dan iki ay sonra internet mağazasının səhmləri 70 faiz bahalaşıb. “Alibaba” “Oracle Corp.”, “International Business Machines Corp.”, “Verizon Communications Inc.” və “Pfizer Inc.” şirkətlərindən bahalı olub.
Hazırda “Alibaba”-nın bazar kapitallaşması 285 milyard dollar təşkil edir, - “Payspace” yazır.
“Alibaba” dünyanın ən bahalı şirkətlərindən biridir
Çinin “Alibaba” internet mağazasının kapitallaşma dəyəri ABŞ-ın “S&P 500” indeksinə daxil olan “Facebook Inc.”, “Chevron Corp.”, “JP Morgan Chase & Co.”, “Wal-Mart Stores Inc.”, “Procter & Gamble Co.” və “General Electric Co.” kimi nəhəng şirkətlərinin dəyərini ötüb.Cari ilin sentyabrında ilk dəfə səhmlər satışa çıxarıldıqdan sonra "Alibaba” 169 milyard dollar dəyərində qiymətləndirilib və dərhal reytinqdə həmin dövrdə kapitallaşması 104 milyard dollar təşkil edən “Facebook” şirkətini geridə qoyub. “IPO” (səhmlərin ilkin yerləşdirilməsi) hərracında iştirak Çin şirkətinə “Amazon.com Inc.”, “Walt Disney Co.” Və “Citigroup Inc.” şirkətlərini ötməyə imkan verib.
“IPO”-dan iki ay sonra internet mağazasının səhmləri 70 faiz bahalaşıb. “Alibaba” “Oracle Corp.”, “International Business Machines Corp.”, “Verizon Communications Inc.” və “Pfizer Inc.” şirkətlərindən bahalı olub.
Hazırda “Alibaba”-nın bazar kapitallaşması 285 milyard dollar təşkil edir, - “Payspace” yazır.
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır