Tarix:14/11/14
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, xidmət ABŞ, həmçinin İspaniya, İtaliya, Finlandiya, Böyük Britaniya və Portuqaliyada məhdud rejimdə işə salınıb. Seçilmiş istifadəçilər “YouTube” administrasiyasından dəvət alıblar və altı ay ərzində ödənişsiz xidməti sınaqdan keçirə bilərlər. Bundan sonra aylıq 8 dollar ödəyərək xidmətdən istifadə edə biləcəklər.
“YouTube”un veb sayt və mobil tətbiqində istifadəçilərə əlçatan xüsusi düyməyə sıxmaqla onlar bir çox məşhur ifaçıların albom və diskoqrafiyasına giriş imkanı əldə edirlər. Bunun üçün şirkət ABŞ-ın aparıcı musiqi leyblləri və yüzlərlə müstəqil leybllər ilə lisenziya razılaşması imzalayıb. “YouTube”un nümayəndəsi Mett MakLernonun sözlərinə görə, kompozisiyalar kitabxanası həcminə görə 30 milyondan çox musiqidən ibarət “Google Play Music” ilə müqayisə edilə bilər.
“YouTube Music Key” aylıq 9,99 dollar abunə haqqı ödəməklə reklamsız yüksək keyfiyyətli musiqi kompozisiyalarını dinləməyə imkan verir. Bundan başqa, istifadəçilər internetsiz rejimdə musiqi dinləmək üçün məzmunu yükləmək imkanına malik olacaqlar. Xidmət tam gücü ilə 2015-ci ildə işə düşəcək.
Emil Hüseynov
“YouTube” “Music Key” musiqi xidmətini sınaqdan keçirir
ABŞ-ın “Google” korporasiyasına məxsus “YouTube” videoxidməti sınaq rejimində “Music Key” axın musiqi xidmətini istifadəyə verib."ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, xidmət ABŞ, həmçinin İspaniya, İtaliya, Finlandiya, Böyük Britaniya və Portuqaliyada məhdud rejimdə işə salınıb. Seçilmiş istifadəçilər “YouTube” administrasiyasından dəvət alıblar və altı ay ərzində ödənişsiz xidməti sınaqdan keçirə bilərlər. Bundan sonra aylıq 8 dollar ödəyərək xidmətdən istifadə edə biləcəklər.
“YouTube”un veb sayt və mobil tətbiqində istifadəçilərə əlçatan xüsusi düyməyə sıxmaqla onlar bir çox məşhur ifaçıların albom və diskoqrafiyasına giriş imkanı əldə edirlər. Bunun üçün şirkət ABŞ-ın aparıcı musiqi leyblləri və yüzlərlə müstəqil leybllər ilə lisenziya razılaşması imzalayıb. “YouTube”un nümayəndəsi Mett MakLernonun sözlərinə görə, kompozisiyalar kitabxanası həcminə görə 30 milyondan çox musiqidən ibarət “Google Play Music” ilə müqayisə edilə bilər.
“YouTube Music Key” aylıq 9,99 dollar abunə haqqı ödəməklə reklamsız yüksək keyfiyyətli musiqi kompozisiyalarını dinləməyə imkan verir. Bundan başqa, istifadəçilər internetsiz rejimdə musiqi dinləmək üçün məzmunu yükləmək imkanına malik olacaqlar. Xidmət tam gücü ilə 2015-ci ildə işə düşəcək.
Emil Hüseynov
Baxış sayı: 716
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib