Tarix:14/11/14
O, kriptovalyuta barədə fikrini söyləyərək qeyd edib ki, Milli Xəzinədarlıq Bankı “Bitcoin” kriptovalyutasına mövcud maliyyə sistemi üçün potensial təhlükə kimi baxmır və onu puldan da çox resurs hesab edir. Q.Spenser şübhə etmir ki, kriptovalyuta gələcəkdə ənənəvi pulları əvəz edəcək.
Onun kriptovalyuta ilə bağlı fikirləri virtual pul bazarının iştirakçılarını ruhlandırır və Yeni Zelandiyanı kriptovalyutanı qanundankənar elan edən ölkələr fonunda fərqləndirir.
Bununla belə, Mərkəzi Bank artan kiberhücum halları, o cümlədən "Google” və “PayPal” şirkətlərinə edilən hücumlarla bağlı narahatlığını ifadə edib.
Yeni Zelandiya qlobal iqtisadi azadlıq reytinqində İsveçrə, Avstraliya, Sinqapur və Honkonqdan sonra beşinci yeri tutur.
Mərkəzi Bankın siyasəti iqtisadi azadlıq prinsipləri ilə birlikdə ölkədə “Bitcoin” üzərində qurulan biznesin inkişafı üçün əlverişli şərait yaradır.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - "Payspace” yazır.
Yeni Zelandiyada rəqəmli pullar nağd pulları əvəz edəcək
Yeni Zelandiya Mərkəzi Bankının sədr müavini Qrant Spenser bildirib ki, rəqəmli pullar ölkədə ənənəvi ödəniş formasını əvəz edə bilər.O, kriptovalyuta barədə fikrini söyləyərək qeyd edib ki, Milli Xəzinədarlıq Bankı “Bitcoin” kriptovalyutasına mövcud maliyyə sistemi üçün potensial təhlükə kimi baxmır və onu puldan da çox resurs hesab edir. Q.Spenser şübhə etmir ki, kriptovalyuta gələcəkdə ənənəvi pulları əvəz edəcək.
Onun kriptovalyuta ilə bağlı fikirləri virtual pul bazarının iştirakçılarını ruhlandırır və Yeni Zelandiyanı kriptovalyutanı qanundankənar elan edən ölkələr fonunda fərqləndirir.
Bununla belə, Mərkəzi Bank artan kiberhücum halları, o cümlədən "Google” və “PayPal” şirkətlərinə edilən hücumlarla bağlı narahatlığını ifadə edib.
Yeni Zelandiya qlobal iqtisadi azadlıq reytinqində İsveçrə, Avstraliya, Sinqapur və Honkonqdan sonra beşinci yeri tutur.
Mərkəzi Bankın siyasəti iqtisadi azadlıq prinsipləri ilə birlikdə ölkədə “Bitcoin” üzərində qurulan biznesin inkişafı üçün əlverişli şərait yaradır.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - "Payspace” yazır.
Baxış sayı: 657
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır