Tarix:14/11/14
13 noyabr 2014-cü ildə baş tutan səfərdə onlara “Azərkosmos”un fəaliyyəti, “Azerspace-1” telekommunikasiya peykinin istehsalı prosesi, əhatə zonası, göstərdiyi xidmətlər və iş prinsipi, ƏYPİM-dəki yerüstü sistemlərlə bağlı geniş məlumat verilib.
Peykin idarə olunması və stansiyada müxtəlif hava şəraitində görülən tədbirlər barədə məlumatlar iştirakçıların böyük marağına səbəb olub.
Səfərin sonunda “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvlərinə “Azərkosmos” ASC adından hədiyyələr təqdim olunub və iştirakçılarla birgə xatirə şəkli çəkilib.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.
2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Gənc Mühəndislər “Azərkosmos” ASC-də olublar
“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin bir qrup mühəndislik peşəsinin ayrı-ayrı ixtisaslarında təhsil alan üzvləri, eləcə də əmək fəaliyyəti ilə məşğul olan gənc mühəndislər “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər ediblər.13 noyabr 2014-cü ildə baş tutan səfərdə onlara “Azərkosmos”un fəaliyyəti, “Azerspace-1” telekommunikasiya peykinin istehsalı prosesi, əhatə zonası, göstərdiyi xidmətlər və iş prinsipi, ƏYPİM-dəki yerüstü sistemlərlə bağlı geniş məlumat verilib.
Peykin idarə olunması və stansiyada müxtəlif hava şəraitində görülən tədbirlər barədə məlumatlar iştirakçıların böyük marağına səbəb olub.
Səfərin sonunda “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin üzvlərinə “Azərkosmos” ASC adından hədiyyələr təqdim olunub və iştirakçılarla birgə xatirə şəkli çəkilib.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir.
2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Baxış sayı: 1853
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı