12px13px15px17px
Tarix:17/11/14

Sualtı optik-lif xətti Afrikanı Cənubi və Şimali Amerika ilə birləşdirəcək

“Angola Cables” kabel şəbəkələri operatoru Cənubi Amerikanı və Afrikanı birləşdirən dünyanın ilk sualtı kabel magistralının inşası ilə bağlı niyyətini açıqlayıb. Tikintinin “NEC” infrastruktur provayderi ilə tərəfdaşlıqda həyata keçirilməsi nəzərdə tutulur.
 
Hər iki şirkət 2016-cı ilin sonunadək “South Atlantic Cable System” (SACS) adlı optik-lif rabitə xəttini istifadəyə verməyə çalışır. Qoşulma Anqola və Braziliya arasında Atlantik okeanın cənub hissəsinin 6 min km ərazisini əhatə etməklə 40 Tbit/saniyə potensialına, hər optik-lif üzrə 100x100 buraxılış zolağına nail olmaqla dörd cüt optik-lif xətti ilə həyata keçiriləcək.
 
“SACS”-a hazırda tikilmə mərhələsində olan və Cənubi Amerikanı Şimali Amerika ilə birləşdirəcək daha bir sualtı sistem əlavə olunacaq. “Cable of the Americas” (COTA) xətti Braziliyanın Santos və Fortaleza şəhərlərini ABŞ-ın Mayami şəhəri ilə birləşdirməklə bilavasitə Anqola və Qərbi Afrikanı Şimali Amerika ilə yüksəksürətli rabitə ilə təchiz edəcək.
 
Şəbəkə inşaatçıları həmçinin bildirirlər ki, cənub yarımkürəsində ilk transatlantik sistem Asiya və Afrikada qlobal rabitə bağlantılarını yaxşılaşdırmağa imkan verəcək.
 
“Bu, cənub yarımkürəsində Afrika və Cənubi Amerikanı birləşdirən ilk transatlantik sistemdir. Çünki o, Şimali Atlantikanın optik-lif rabitə xəttinə alternativ marşrutdur və Asiya və Afrikadan dünyanın digər hissələrinə alternativ bağlantılara imkan verəcək”, - məlumatda deyilir.
 
“Angola Cables” şəbəkəsinin missiyası Anqolanı Afrikada telekommunikasiya xidmətləri mərkəzlərindən birinə çevirməkdir. Bu, bizim digər layihələrimizlə birlikdə Anqola və Afrika arasında Cənubi Amerikadan Şimali Amerikayadək rabitəni yaxşılaşdırmağa imkan verəcək yeni sualtı kabeldir. Biz internet magistrallarının inkişafını davam etdirəcəyik ki, telekommunikasiya şirkətləri, provayder və korporativ abunəçilər müasir rəqabətli və sürətlə inkişaf edən Afrika bazarında özlərini göstərə bilsinlər”, - "Angola Cables”ın direktoru Antonio Nunes deyib.
 
Bildirilir ki, Afrikanın telekommunikasiya sahəsi hazırda dünyada internet trafikinin ən sürətli artım tempini yaşayır, - "Telekomza” yazır.
 



Baxış sayı: 789

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024