12px13px15px17px
Tarix:17/11/14

Azərbaycan "startup"çıları ideyalarını təqdim etməyi öyrənməlidirlər

"Azərbaycanda yerli "startup"çılarla əməkdaşlıq  çətindir".

"Sinam" şirkətinin rəhbəri Elçin Əliyev bildirib ki, şirkət startupçılarla əməkdaşlıq etməyə hazır olduğuna baxmayaraq bu, bəzən bir nəticə vermir.

"Bunun əsas səbəbi yerli "startup"çıların öz ideyalarını, layihələrini düzgün təqdim etməyə bacarıqlarının olmaması ilə, onların realda bu layihənin necə işləyəcəyini bilmədikləri ilə bağlıdır. Bir çox startupçılar öz layihələri ilə bağlı suallara cavab verdikdə dayanıqlı deyillər, baxmayaraq ki, onların ideyalarının reallaşdırılması üçün bazarlar mövcuddur. Bu, İran, Türkiyə bazarıdır ki, harada yerli startupçıların layihələrinin reallaşdırılması üçün potensial imkanlar var", - deyə o bildirib.

E. Əliyevin sözlərinə əsasən, "Sinam" şirkəti 20 ildir ki, fəaliyyət göstərir və fəaliyyətə başladıqda onun da maliyyə vəsaitinə ehtiyacı olub.

"Biz işləməyə başlayanda bizim ideyamız çox idi, pulumuz isə az. Lakin biz yol tapıb işləyə bildik. Bugünkü "startup"çıların isə bizə nisbətən imkanları daha genişdir. Onların ilk növbədə dövlət dəstəyi və maliyyələşməsi var. Buna görə də onların əsas məqsədi maraqlı ideya düşünüb onu düzgün şəkildə təqdim etməkdir", - deyə E. Əliyev qeyd edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024