Tarix:17/11/14
Belə ki, Azərbaycan veb resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır.
İş həftəsinin ilk günündə, Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssislərinin apardığı monitorinq nəticəsində məlum olub ki, səhər saatlarından ölkəyə kiberhücumların sayı kəskin şəkildə artmaqdadır.
Mərkəzin "Kaspersky laboratoriyası”ndan əldə etdiyi məlumata əsasən, səhər saat 10:00-dan 11:30-a qədər kiberhücumlara məruz qalan 200-dən çox ölkə içərisində Azərbaycan hazırda 58-ci yerdən 43-cü sıradadır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud şərait nəzərə alınaraq, yerli informasiya resursların sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsini tövsiyə edir.
Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edə bilərsiniz. Bu məqsədlə ETM-in qaynar xətti: 1654, e-poçt: reports@cert.az və ya “www.cert.az” ünvanından faydalana bilərsiniz.
Azərbaycana qarşı kiberhücumların sayında kəskin artım müşahidə olunur
Məlum olduğu kimi, 12 noyabr 2014-cü il tarixində Azərbaycan hava mövqelərini pozan Ermənistana məxsus helikopter zərərsizləşdirilib. Cəbhə xəttində yaranmış bu gərginlik "informasiya müharibəsi"ndə də özünü büruzə verib.Belə ki, Azərbaycan veb resursları mütəmadi olaraq kiberhücumlara məruz qalır.
İş həftəsinin ilk günündə, Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssislərinin apardığı monitorinq nəticəsində məlum olub ki, səhər saatlarından ölkəyə kiberhücumların sayı kəskin şəkildə artmaqdadır.
Mərkəzin "Kaspersky laboratoriyası”ndan əldə etdiyi məlumata əsasən, səhər saat 10:00-dan 11:30-a qədər kiberhücumlara məruz qalan 200-dən çox ölkə içərisində Azərbaycan hazırda 58-ci yerdən 43-cü sıradadır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi mövcud şərait nəzərə alınaraq, yerli informasiya resursların sahibləri, müvafiq dövlət və özəl qurumlar tərəfindən informasiya təhlükəsizliyi məsələsinə, saytların dayanıqlı fəaliyyətinə daha ciddi diqqət yetirilməsini tövsiyə edir.
Kiberhücumlardan mühafizə üçün hər hansı insidentlə qarşılaşdığınız təqdirdə ETM-ə müraciət edə bilərsiniz. Bu məqsədlə ETM-in qaynar xətti: 1654, e-poçt: reports@cert.az və ya “www.cert.az” ünvanından faydalana bilərsiniz.
Baxış sayı: 1401
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı