12px13px15px17px
Tarix:17/11/14

“Gartner”: “2015-ci ildə “Əşyalar interneti”nə 4,9 milyard qurğu qoşulacaq"

"Gartner" analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ildə "Əşyalar interneti"nə qoşulan qurğuların sayı 2014-cü illə müqayisədə 30 faiz artaraq 4,9 milyard təşkil edəcək.

2020-ci ilədək dünyada belə qurğuların sayı 25 milyarda çatacaq.

"Əşyalar interneti"nin təsiri iqtisadiyyatın bütün sahələrində, eləcə də gündəlik həyatın bütün aspektlərində hiss olunacaq.
 
"Gartner" analitikləri hesab edirlər ki, biznesin "Əşyalar interneti" texnologiyalarını tətbiq etməkdən başqa variantı yoxdur. Texnologiyaların iqtisadiyyata təsiri istehlakçıların, kommersiya şirkətlərinin, inzibati orqanların və digər təşkilatların onların yeni imkanlarını açdıqca artacaq.
 
Yaxın illərdə "Əşyalar interneti" avtomobil sahəsində daha sürətlə inkişaf edəcək. 2015-ci ildə avtomobillərdə qoşulmuş qurğuların sayı 96 faiz – 189,6 milyarddan 372,3 milyardadək artacaq.
 
İstehlak seqmenti iri seqment olaraq qalır. Burada qurğuların sayı 2,2 milyarddan 2,8 milyardadək yüksələcək. Vertikal sahələr arasında "Əşyalar interneti" texnologiyalarının tətbiqi üzrə lider kommunal xidmətlər, istehsal və nəqliyyat olaraq qalacaq. 2020-ci ilədək dövlət sektoru intellektual küçə işıqlandırmasının tətbiqi sayəsində üçüncü yerə yüksələcək, intellektual hesablama resurslarına malik kommunal sahə birinci yeri tutacaq, - "Computerworld" yazır.



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024