12px13px15px17px
Tarix:17/11/14

“Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə 376 nəfər işsiz və işaxtaran vətəndaşa innovativ metodlar əsasında iş axtarışı bacarıqları aşılanıb

BMT İnkişaf Proqramı və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birgə icra etdiyi  “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən SYSLAB Təlim Tədris Mərkəzlərində 376 nəfər işsiz və işaxtaran vətəndaşa innovativ metodlar əsasında iş axtarışı bacarıqları aşılanıb.

Onlardan 305 nəfəri artıq özlərinə iş tapıblar.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin ötən dövründə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən də işlər aparılıb, respublikanın 53  şəhər və rayonunda əmək yarmarkaları  keçirilib.
 
Yarmarkalarda işsiz və işaxtaran vətəndaşlara 1961 müəssisə tərəfindən 16 781 boş (vakant) iş yeri təqdim olunub. Bu aktiv məşğulluq tədbirləri nəticəsində  4 833 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onların 80%-i münasib iş yerləri ilə təmin olunub.
 
Tədbirlər zamanı müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunanların sayı  419 nəfər, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin sayı isə 250 nəfər təşkil edib.
 
Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 22 932 nəfər münasib işlə təmin edilib, 1297 nəfər haqqı ödənilən ictimai işlərə, 2982 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
 
Bundan başqa, 74 215 nəfər vətəndaşa, əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri və əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024