12px13px15px17px
Tarix:18/11/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi vakansiyalara 450 nəfər sənəd verib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın oktyabrın 17-də dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu noyabrın 17-də başa çatıb. 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dövlət qulluğunda çalışmaq istəyənlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) müsabiqəyə təqdim etdiyi  16  vakansiyaya xüsusi maraq göstərib. Belə ki, RYTN-də mövcud olan vakansiyalara 450 nəfər sənəd verib.
 
RYTN, Hüquq və insan resursları şöbəsi, Hüquqi təminat sektorunda aparıcı məsləhətçi  vakansiyasına 17, Beynəlxalq əməkdaşlıq şöbəsi, Beynəlxalq tədbirlərin təşkili sektorunda məsləhətçi  vakansiyasına 11, aparıcı məsləhətçi vakansiyasına 6, həmin şöbənin Beynəlxalq təşkilatlarla əlaqələr sektorunda  aparıcı məsləhətçi vakansiyalarına (2 yer) 59, Elektron idarəçiliyin inkişafı şöbəsində məsləhətçi, aparıcı məsləhətçi vakansiyalarına müvafiq olaraq 31 və 23, İnformasiya cəmiyyətinin inkişafı şöbəsində aparıcı məsləhətçi vakansiyasına 22, böyük məsləhətçi vakansiyasına 13, Tənzimləmə şöbəsi, Arabağlantı və xidmətlər sektorunda məsləhətçi vakansiyasına 25, Sənədlərlə iş və təminat şöbəsində məsləhətçi vakansiyasına 210 nəfər müraciət edib.
 
Eyni zamanda, RYTN, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Sahibkarlığın inkişafı sektorunda baş məsləhətçi (hüquqşünas), sektor müdiri  vakansiyalarına müvafiq olaraq 4 və 5, Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib vakansiyasına 8, mərkəzin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi vakansiyasına 14, sektor müdiri vakansiyasına 2 nəfər ərizə verib.
 
Qeyd edək ki, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Sənəd verən namizədlər ilk növbədə test imtahanı verir, test imtahanında uğur qazananlar müsahibədə iştirak etmək hüququ əldə edirlər.
 
CAHANGİR
 



Baxış sayı: 892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Dekabr 2024

17 12 2024