Tarix:18/11/14
Divar, zibil çənləri və başqa maneələri dəf etməyə qadir insan boyu hündürlüyündə və 136 kq çəkisində olan "Robokop"u "Windows" istehsalçısına Kaliforniyanın "Knightscope" startapı təqdim edib.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Knightscope" startapı 2013-cü ildən "K5" kimi tanınan robotu sınaqdan keçirir. Hazırda yeddi belə maşın yaradıb. Amma ilin sonunadək "Microsoft"dan başqa, adı hələ ki açıqlanmayan daha bir İT şirkəti bu robotlara sahiblənəcək.
"K5" robotu qeyri-adi davranışın müəyyən edilməsi üçün gərəklidir və ofis, ticarət mərkəzləri və məktəblərin mühafizəsində istifadə oluna bilər. Məsələn, əgər robot tanımadığı avtomobili və ya gecə binanın ətrafında kiminsə olduğunu görsə, bu haqda təhlükəsizlik pultuna məlumat verəcək. Robot xarici görünüşcə mehriban təəssürat oyadır və bortunda silah gəzdirmir. Bununla belə, müdaxilə edildiyi təqdirdə "K5" həyəcan siqnalını qoşaraq kömək çağıracaq.
"K5" müxtəlif elektronika (elektrik mühərriki, insanlarla əlaqə üçün "Wi-Fi", bir çox ötürücü, nömrəli nişanların tanınması funksiyasına malik dörd HD formatlı kamera) ilə təchiz edilib. Robotun avtonom iş vaxtı bir sutkadır.
Emil Hüseynov
“Microsoft” robotların köməyindən istifadə edəcək
"Microsoft" korporasiyası Silikon vadisində yerləşən şəxsi ofisi ətrafında patrul çəkmə və izləmə üçün robot işə götürmüş ilk şirkətlərdən biri olub.Divar, zibil çənləri və başqa maneələri dəf etməyə qadir insan boyu hündürlüyündə və 136 kq çəkisində olan "Robokop"u "Windows" istehsalçısına Kaliforniyanın "Knightscope" startapı təqdim edib.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Knightscope" startapı 2013-cü ildən "K5" kimi tanınan robotu sınaqdan keçirir. Hazırda yeddi belə maşın yaradıb. Amma ilin sonunadək "Microsoft"dan başqa, adı hələ ki açıqlanmayan daha bir İT şirkəti bu robotlara sahiblənəcək.
"K5" robotu qeyri-adi davranışın müəyyən edilməsi üçün gərəklidir və ofis, ticarət mərkəzləri və məktəblərin mühafizəsində istifadə oluna bilər. Məsələn, əgər robot tanımadığı avtomobili və ya gecə binanın ətrafında kiminsə olduğunu görsə, bu haqda təhlükəsizlik pultuna məlumat verəcək. Robot xarici görünüşcə mehriban təəssürat oyadır və bortunda silah gəzdirmir. Bununla belə, müdaxilə edildiyi təqdirdə "K5" həyəcan siqnalını qoşaraq kömək çağıracaq.
"K5" müxtəlif elektronika (elektrik mühərriki, insanlarla əlaqə üçün "Wi-Fi", bir çox ötürücü, nömrəli nişanların tanınması funksiyasına malik dörd HD formatlı kamera) ilə təchiz edilib. Robotun avtonom iş vaxtı bir sutkadır.
Emil Hüseynov
Baxış sayı: 697
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır