12px13px15px17px
Tarix:19/11/14

“WhatsApp” xidməti mesajları müdaxilədən qoruyub

“Android” üçün “WhatsApp” tətbiqinin yenilənmiş versiyasında əlçatan “end-to-end” şifrləmə funksiyası başlanğıc ayar kimi mesajları kənar şəxslər tərəfindən ələ keçirilməkdən və oxunmaqdan qoruyur.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “End-to-end” şifrləmənin ideyası ondan ibarətdir ki, mesaj göndərilmə anı şifrlənir və yalnız göndərilmiş istifadəçi tərəfindən şifri açıla bilər. Beləliklə, hətta kənar şəxslər “WhatsApp”ın trafikini ələ keçirsə belə, onlar kodlaşdırılmış mesaj görəcəklər.

İndi müvafiq “end-to-end” kodlaşdırma metodu “Cryptocat”, “Silent Text” və “Telegram” daxil olmaqla bir sıra başqa messencerlərdə də tətbiq olunur. Amma 600 milyon istifadəçi auditoriyasına malik “WhatsApp” messenceri “end-to-end” mesaj şifrlənməsindən istifadə edən ən böyük platforma olub.

“End-to-end” mesaj şifrlənməsi hələ ki yalnız “Android” platforması ilə işləyən qurğulara quraşdırılmış “WhatsApp” messencerinin istifadəçilərinə əlçatan olacaq, “iOS” və başqa platformalarda müvafiq funksiyanın işə salınma müddəti açıqlanmayıb. Hətta “Android” platformasında “end-to-end” kodlaşdırması hələ ki qrup çatlarında və mediakontentin göndərməsi zamanı nəzərdə tutulmayıb, amma tərtibatçılar yaxın vaxtlarda bu natamamlığı düzəltməyə söz veriblər.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024