12px13px15px17px
Tarix:19/11/14

“Snapchat” istifadəçilər arasında pulköçürmə sistemini işə salıb

“Snapchat” fotomessenceri dostlara pul göndərməyə imkan verən “Snapcash” xidmətini işə salıb. Hələ ki bu xidmət yalnız ABŞ-da 18 yaşı tamam olmuş şəxslərə əlçatandır.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni seçimdən istifadə etmək üçün mesaj sahəsinə dollar simvolunu, lazımi məbləği, məsələn, "$25" daxil etmək və yaşıl rəngli düyməyə sıxmaq lazımdır. Pul düz seçilmiş dostun bank hesabına yola düşür. Bu halda öz debet kartını öncədən hesabla əlaqələndirmək lazımdır.
 
“Snapchat”ın “Square” pulköçürmə xidməti ilə əməkdaşlığı nəticəsində bu yenilik əlçatan olub. Bütün əməliyyatlar “Square” üzərindən ediləcək, həmçinin xidmət kartlar haqqında informasiyanı yadda saxlayacaq.
 
“Dow Jones Newswire” bildirib ki, “Snapchat” yeni xidmətdən heç bir gəlir əldə etməyəcək, amma şirkət sonralar məhsulu onun üzərindən xidmət və məhsul satmaqla kommersiyalaşdıra bilər.
 
“Snapchat” başqa istifadəçilərlə fotoşəkil, videoçarx, mətn mesajları ilə mübadilə etməyə imkan verən mobil tətbiqdir. Xidmətin özəlliyi ondan ibarətdir ki, istifadəçinin təyin etdiyi vaxt limiti ərzində video və ya fotoşəklə baxmaq olar. Limit bitdikdə fayl silinir. Hər gün “Snapchat” üzərindən 700 milyon belə fayl göndərilir. Fotomessencer 10 milyard dollar dəyərində qiymətləndirilir.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024