Tarix:19/11/14
Belə ki, “Tianhe-2” bu günlərdə dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır.
"Linpack” testində məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirməklə birincidir. İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasına məxsus “Titan” superkompüteri qərarlaşıb.
Ümumilikdə ilk onluğa yalnız bir yeni sistem daxil ola bilib. Bu, ABŞ-ın adı açıqlanmayan dövlət müəssisəsində quraşdırılan "Cray CS-Storm” (3,57 petaflops) sistemidir.
ABŞ Top-500 reytinqində superkompüterlərin sayına (231) görə lider mövqeyini qoruyub. Reytinqin dərc edildiyi 44 buraxılış ərzində ABŞ-ın mövqeyi tarixi minimuma enib.
Avropa öz iştirakını ötən ilin iyununa nisbətdə 130 superkompüterdən 166-dək artırıb. Asiya isə əksinə, 132-dən 120-dək, Çin 76-dan 61-dək azaldıb. Yaponiya superkompüterlərin sayını 30-dan 32-dək artırmaqla öz mövqeyini qoruya bilib, - “Xaker” yazır.
Dünyanın ən güclü superkompüterinin adı açıqlanıb
Çin Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən hazırlanan “Tianhe-2” superkompüteri dünyanın ən güclü superkompüterləri siyahısında lider olaraq qalır.Belə ki, “Tianhe-2” bu günlərdə dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır.
"Linpack” testində məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirməklə birincidir. İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasına məxsus “Titan” superkompüteri qərarlaşıb.
Ümumilikdə ilk onluğa yalnız bir yeni sistem daxil ola bilib. Bu, ABŞ-ın adı açıqlanmayan dövlət müəssisəsində quraşdırılan "Cray CS-Storm” (3,57 petaflops) sistemidir.
ABŞ Top-500 reytinqində superkompüterlərin sayına (231) görə lider mövqeyini qoruyub. Reytinqin dərc edildiyi 44 buraxılış ərzində ABŞ-ın mövqeyi tarixi minimuma enib.
Avropa öz iştirakını ötən ilin iyununa nisbətdə 130 superkompüterdən 166-dək artırıb. Asiya isə əksinə, 132-dən 120-dək, Çin 76-dan 61-dək azaldıb. Yaponiya superkompüterlərin sayını 30-dan 32-dək artırmaqla öz mövqeyini qoruya bilib, - “Xaker” yazır.
Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır