Tarix:20/11/14
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, son on ildə “Google” şirkəti “Firefox” brauzerində başlanğıc ayar kimi axtarış sistemi olmağa görə “Mozilla” şirkətinə ildə 100 milyon dollar ödəyib. “Ars Technica” texnologiya bloqu yazır, bu məbləğ “Mozilla” qeyri-kommersiya təşkilatının gəlirinin 85%-ni təşkil edib.
Amma indi “Firefox” istifadəçiləri internet məzmunu “Yahoo!” axtarış sistemi ilə axtaracaq. "Biz “Mozilla” ilə beşillik müqavilə bağladıq" – “Yahoo!”-nun baş direktoru Marissa Mayer yazıb.
Artıq cari ilin dekabrında ABŞ-da “Firefox” istifadəçiləri bu yeniliyi sınaqdan keçirəcəklər. 2015-ci ildə brauzerdə yeni axtarış sistemi tam istifadəyə veriləcək.
“Statcounter” analitik xidmətinin məlumatına görə, qlobal brauzer bazarında 48% göstəriciyə malik “Google Chrome” liderdir. 16.8% göstəriciyə malik “Firefox” brauzeri üçüncü pillədə qərarlaşıb. Axtarış sistemləri arasında “Google” qlobal liderdir: kompüter və mobil qurğulardan verilmiş sorğuların 90%-i bu şirkətin payına düşür.
Emil Hüseynov
“Mozilla” onlayn axtarış sahəsində “Google” ilə əməkdaşlıqdan imtina edib
“Mozilla Firefox” brauzerində artıq başlanğıc ayar kimi “Google” axtarış sistemi deyil, “Yahoo!” olacaq. Bu haqda “Yahoo!” internet şirkətinin rəsmi bloqunda yazılıb."ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, son on ildə “Google” şirkəti “Firefox” brauzerində başlanğıc ayar kimi axtarış sistemi olmağa görə “Mozilla” şirkətinə ildə 100 milyon dollar ödəyib. “Ars Technica” texnologiya bloqu yazır, bu məbləğ “Mozilla” qeyri-kommersiya təşkilatının gəlirinin 85%-ni təşkil edib.
Amma indi “Firefox” istifadəçiləri internet məzmunu “Yahoo!” axtarış sistemi ilə axtaracaq. "Biz “Mozilla” ilə beşillik müqavilə bağladıq" – “Yahoo!”-nun baş direktoru Marissa Mayer yazıb.
Artıq cari ilin dekabrında ABŞ-da “Firefox” istifadəçiləri bu yeniliyi sınaqdan keçirəcəklər. 2015-ci ildə brauzerdə yeni axtarış sistemi tam istifadəyə veriləcək.
“Statcounter” analitik xidmətinin məlumatına görə, qlobal brauzer bazarında 48% göstəriciyə malik “Google Chrome” liderdir. 16.8% göstəriciyə malik “Firefox” brauzeri üçüncü pillədə qərarlaşıb. Axtarış sistemləri arasında “Google” qlobal liderdir: kompüter və mobil qurğulardan verilmiş sorğuların 90%-i bu şirkətin payına düşür.
Emil Hüseynov
Baxış sayı: 801
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib