12px13px15px17px
Tarix:20/11/14

Dünyanın ən güclü superkompüteri 2017-ci ildə işə salınacaq

ABŞ 2017-ci ildə dünyanın ən güclü hesablama kompleksini istifadəyə vermək niyyətindədir.
 
Hazırda Çin Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən hazırlanan “Tianhe-2” superkompüteri dünyanın ən güclü superkompüteri hesab edilir. Məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirir. Həmçinin superkompüterin ən yüksək məhsuldarlığı 54,9 petaflops təşkil edir.
 
Qeyd olunur ki, ABŞ-ın gələcək superkompüteri hazırda Top-500-də “Tianhe-2”-dən sonra ikinci yeri tutan və sürəti 17,59 petaflops təşkil edən “Titan” sistemindən beş dəfə sürətli olacaq. Beləliklə, yeni sistem 85 petaflops səviyyəsində məhsuldarlığa malik olacaq.  
 
Bildirilir ki, superkompüter ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasında yerləşəcək. Hazırda layihə “Summit” adlandırılır. Hesablama kompleksinin gücünü materialşünaslıq, enerjinin saxlanılması və nüvə qurğuları sahəsində tədqiqatların aparılması üçün cəlb olunması planlaşdırılır, - "3DNews” yazır.



Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024