12px13px15px17px
Tarix:01/09/11

İndi “Klass” abunəçiləri bütün “Bakcell”ə “Sevimli nömrə”ləri kimi danışa biləcəklər

Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti “Klass” abunəçiləri üçün daha bir möhtəşəm kampaniyasını təqdim edir. “Klass – Öz Aramızda” adlanan yeni kampaniya çərçivəsində sentyabrın 1-dən 30-dək bütün “Bakcell” nömrələri “Klass” abunəçiləri üçün “Sevimli nömrə”lər olacaq.

Bir ay ərzində “Klass” abunəçiləri, sadəcə, beş nömrəyə deyil, bütün “Bakcell” abunəçilərinə öz “sevimli nömrə”ləri kimi həm zəng edə, həm də SMS göndərə bilərlər.

Kampaniyaya bütün “Klass” abunəçiləri qoşula və bir ay ərzində istənilən “Bakcell” nömrəsinə dəqiqəsi 2 qəpik tarifi ilə zəng edə və cəmi 1 qəpiyə SMS göndərə bilərlər.

Kampaniyada iştirak etmək üçün abunəçi öz mobil telefonundan *115#1#YES nömrəsini pulsuz yığmalıdır. Xidmətə gündəlik abunə haqqı 20 qəpik təşkil edir.

“Bakcell”in “Klass” abunəçiləri kampaniyada iştirak edərkən aylıq bonusları almaqda davam edəcəklər.

“Klass” abunəçiləri üçün mövcud olan sərfəli SMS və İnternet bonus paketləri ilə yanaşı, təqdim olunmuş bu yeni kampaniya bir daha sübut edir ki, “Klass”ı seçmək düzgün qərardır.

“Klass” daha çox ünsiyyətdə olan və xərclərini daim nəzarətdə saxlamaq istəyən abunəçilər üçün ən yaxşı təklifdir.



Baxış sayı: 7059

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024