12px13px15px17px
Tarix:20/11/14

Nüfuzlu İT maqnatları elektron poçtlarını özləri idarə edirlər?

Ceff Bezos

Ceff Bezos bir dəfə “Wikipedia” onlayn ensiklopediyasının yaradıcısı Cimmi Uelsə deyib ki, ona məktub göndərənlər ya 10 dəqiqə sonra cavab alır, ya da heç vaxt cavab almırlar.
 
Bill Qeyts

Bill Qeyts müsahibələrindən birində deyib ki, ona gündəlik 40-50 məktub göndərilir. O deyib ki, kiçikhəcmli məktubları səhərlər özü cavablandırır, axşamlar isə böyükhəcmli məktublara baxır. Ehtimal ki, digər məktubları onun assistentləri cavablandırır.

Larri Peyc

Elektron poçt qutusunu açdıqda göndərilmiş məktubları yuxarıdan aşağıya cavablandırmağa başlayıram. Baxmadığım məktublar isə cavablandırılmamış qalır. Bəziləri sual göndərdikdən 5 dəqiqə sonra “Google”un yaradıcısından cavab aldıqda təəccüblənir.
 
Stiv Cobs

Raul Quitrez Stiv Cobsla Parisdə tanış olub. Sonralar Raul ona elektron məktub yazıb və Cobs onun hər məktubunu cavablandırıb. Raul məktubu səhərlər göndərdikdə cavab bir neçə gün sonra gəlib. Gecə göndərdikdə isə Cobs ani olaraq cavab verib. Raulun bu məktublara necə vaxt tapması ilə bağlı sualını Cobs belə cavablandırıb: “Adi insanlarla ünsiyyət saxlamaq və onların fikrini bilmək mənim üçün vacibdir”.
 
Emil Hüseynov
 
 
 
 
 



Baxış sayı: 849

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024