12px13px15px17px
Tarix:20/11/14

Avropa Yenidənqurma və İnkişaf Bankı: “Azərbaycan Qafqazda İKT-nin keyfiyyətinin yaxşılaşmasına xidmət edir”

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən layihələr Qafqazda telekommunikasiyanın keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) keçid prosesi haqqında hesabatında (Transition Report 2014) deyilir.  
 
Hesabata əsasən, Azərbaycanda 2010-cu ilədək əsasən infrastrukturun yaxşılaşdırılmasına diqqət ayrılıb, nəticədə kommunikasiya şəbəkələri tam rəqəmli formata keçirilib və xarici internet kanallarının buraxılış qabiliyyəti artırılıb. Telekommunikasiya bazarının liberallaşdırılması özəl sektor üçün imkanlar açıb ki, bu da öz növbəsində, internetə limitsiz genişzolaqlı çıxış tariflərini azaldıb.
 
Sənəddə bildirilir ki, Azərbaycanda son illər İKT sahəsində bir sıra təşəbbüslər həyata keçirilib: “2011-ci ildə 40 dövlət qurumunun xidmətlərinin təqdim edildiyi (2013-cü il üçün olan vəziyyətə görə) “Elektron hökumət” portalı işə salınıb. 2009-2011-ci illərdə İKT sektoruna yatırılmış dövlət və özəl investisiyaların həcmi iki dəfədən çox artırılıb".

Hesabatda o da deyilir ki, bu ilin iyul ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yüksək texnologiyalar, elektron ödəniş proqramları, aeronaviqasiya sistemləri və “e-hökumət” sahələrini əhatə edən 31 "startup"a qrantlar təqdim edib: "2013-cü ildə Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradılıb, eləcə də Azərbaycanın ilk "Azerspace-1" telekommunikasiya peyki orbitə buraxılıb. Bütün bunlar Qafqazda telekommunikasiyanın keyfiyyətinin yaxşılaşmasına və Azərbaycanın kosmik sənayesinin inkişafına xidmət edir. Son 10 ildə Azərbaycanda İKT sektorunun illik inkişaf tempi 25-30 faiz olub. Bunun sayəsində bu sahəyə neft sənayesindən sonra ən çox xarici investisiya yatırılır", - hesabatda vurğulanır.   



Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024