12px13px15px17px
Tarix:20/11/14

Britaniyalı hərbçilərə özləri ilə elektron qurğu gəzdirmək qadağan edilib

"The Telegraph" nəşri yazır ki, Polşada təlimlərdə iştirak edəcək britaniyalı hərbçilərə "rus hakerləri"nə görə özləri ilə şəxsi elektron qurğu, həmçinin smartfon və planşet götürmək qadağan edilib. İddialara görə, əks-kəşfiyyat təhlükəsi gözlənilir.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, Birləşmiş Krallığın xüsusi xidmət orqanları və hərbi kəşfiyyat qurumunun ekspertlərinin fikrincə, şəxsi noutbuk, smartfon və başqa elektron qurğular "rus hakerləri"nin hədəfinə çevrilə bilər.

Qəzet iddia edir ki, öz üzərində cihaz götürməmək əmrini polkovnik-leytenant Castin Kinqsford verib.

Kinqsford bildirib ki, elektron qurğular olmadan yaxın insanlarla əlaqə saxlamaq daha çətindir, ancaq "wi-fi" bağlantısız bir neçə həftə faydalı olacaq, çünki biz bir-birimizlə daha sıx ünsiyyət saxlaya biləcəyik.

Emil Hüseynov



Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024