12px13px15px17px
Tarix:20/11/14

Ən çox satılan smartfonların reytinqində lider aparat hansıdır?

“Counterpoint Technology Market Research” tədqiqat şirkəti ayın ən populyar smartfonları üzrə ənənəvi reytinqini dərc edib. Bu dəfə mütəxəssislər 2014-cü ilin sentyabr ayı üzrə aparıcı smartfon istehsalçılarının nəticələrini təhlil ediblər.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sentyabrda ən çox satılan smartfon “iPhone 6” olub. Adı çəkilən aparatın sentyabrın 19-da satışa çıxarılmasına baxmayaraq, yeni "alma" smartfonu populyarlığına görə dərhal “Samsung”un “Galaxy S5” smartfonunu ötüb. Qurğuların satış həcmi açıqlanmayıb, yalnız bildirilib ki, “iPhone”un göstəricisi “Galaxy S5” ilə müqayisədə 17% yüksək olub.

“Samsung”un qabaqcıl cihazı “Counterpoint” şirkətinin reytinqində artıq beş ay ardıcıl ikinci pillədə qərarlaşıb. “Galaxy S5” qurğusu populyarlığına görə bazarın əvvəlki liderini (“iPhone 5s”) ötüb, amma sonra “iPhone 6” smartfonu çıxarılıb və Cənubi Koreya brendinin uğuru kölgədə qalıb.

Həmçinin bildirilib ki, ayın ən çox satılan smartfonları siyahısına “Samsung”un daha iki smartfonu (Note III və Galaxy S4) salınıb. Bu aparatlar reytinqdə müvafiq olaraq dördüncü və yeddinci pillələrdə  qərarlaşıb. “Top-10”-luğa “iPhone 6” smartfonu ilə birgə “Apple”ın üç başqa modeli (iPhone 5s, iPhone 6 Plus və iPhone 5s) daxil edilib.

Reytinqə “Apple” və “Samsung”dan başqa “Xiaomi” və “Motorola” brendləri daxil edilib. Çin şirkəti reytinqdə iki modellə (Mi 3 və Redmi Note) təmsil olunub.

Emil Hüseynov



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024