12px13px15px17px
Tarix:20/11/14

İstehlakçıların daşınan elektronikaya marağı artır

Son aylar istehlakçıların daşınan elektronikaya marağı xeyli artıb. Bu barədə “Futuresource Consulting” analitik şirkətinin məlumatında deyilir.

Ekspertlər bu qənaətə cari ilin may-oktyabrında ABŞ, Böyük Britaniya, Fransa və Almaniyada 8 min nəfərin iştirakı ilə keçirilən sorğunun nəticələrinə əsasən gəliblər.
 
Mayda respondentlərin 10 faizi növbəti 12 ayda hər hansı daşınan qurğu almaq niyyətində olduğunu bildirib. Oktyabrda nisbət 60 faizə yüksələrək 16 faizə çatıb ki, buna da “ağıllı” saatlara və fitnes bilərziklərə marağın artması xidmət edib: mayda bu qurğuların alışı rəyi soruşulanların 4 faizinin planına daxil idisə, oktyabrda respondentlərin müvafiq olaraq 9 və 6 faizi (+125 və +50 faiz) saat və bilərzik almaq niyyətində olduğunu qeyd edib.
 
 
Daşınan elektronika ilə hamıdan çox “iPhone” sahibləri maraqlanır. Sorğu zamanı aydın olub ki, yaxın illərdə “iPhone” sahiblərinin 17 faizi “ağıllı” saat almağı düşünür.
Tədqiqatda o da qeyd olunur ki, “ağıllı” eynək və nəbzölçənlər insanları bir o qədər cəlb etmir. May-oktyabrda onların alışına dair fikir bildirən rəyi soruşulanların sayı dəyişməyərək 3 faiz səviyyəsində qalıb.  
 
Analitiklərin proqnozuna görə, 2014-cü ilin yekunları üzrə bədəndə taxılma üçün nəzərdə tutulan bu elektron qurğuların satış həcmi 51 milyon ədəd təşkil edəcək. “Futuresource” şirkətinin proqnozuna görə, 2015-ci ildə bu qurğuların satış həcmi 74 milyon ədədə çatacaq, 2018-ci ildə 83 milyon ədədi ötəcək, - “DailyComm” yazır.



Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024