12px13px15px17px
Tarix:20/11/14

ABŞ korporasiyası Avropanın nəhəng aviaşirkətlərini 5 min planşet ilə təchiz edəcək

Mədaxil həcminə görə Avropanın nəhəng aviadaşıyıcısı "Lufthansa” şirkəti “Microsoft” korporasiyasından 5 min "Surface Pro 3” planşet kompüter modelini satın alıb. Pilotlar onlardan 2015-ci ilin birinci rübündən etibarən istifadə etməyə başlayacaqlar.
 
Məlumata görə, “Austrian Airlines” aviaşirkəti də min ədəd "Surface Pro 3” sifariş verib. Hazırda bu saydan olan kompüterlərin 650-si ekipaj üzvlərinin istifadəsindədir.   
 
Hava gəmilərində fərdi planşet kompüterlərlə iş uçuş və qalxma zamanı istifadə edilməyən kağız sənədlərin həcmini xeyli azaltmağa imkan verir. Məsələn, qurğular aeronaviqasiya informasiyasını, uçuşların həyata keçirilməsi üzrə təlimatları, uçuş istismarı üzrə təlimatları, eləcə də sertifikatları, sığortaları, istismar spesifikasiyaları və s. rəqəmli formatda saxlamağa imkan verir.
 
Planşetlərin faydası 2013-cü ilin sentyabrında əməkdaşları üçün 11 min "Microsoft Surface 2” qurğusu alan “Delta Airlines” aviaşirkətinin pilotları tərəfindən qiymətləndirilib, - "DailyComm” yazır.



Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024