Tarix:21/11/14
Nəticədə başın qeyri-təbii vəziyyəti bel sütununa güclü təzyiq göstərir ki, bu da zamanla sağlamlığa bərpaolunmaz zərər vura bilər. “Surgical Technology International” jurnalında dərc edilmiş məqalədə bu haqda yazılıb.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, böyük insanın başı ayaqüstü vəziyyətdə təxminən orta hesabla 4,5-5.4 kq təşkil edir. Başı aşağı əydikdə boyun fəqərələrinə yüklənmə kəskin artır və 27 kq-a çata bilər. Kompüterdə onurğanın modelini hazırlamış cərrah Kennet Xansrac bu nəticəyə gəlib.
Həkim xəbərdarlıq edib ki, insan başını daha çox aşağı əydikdə boyun fəqərələrində yüklənmə daha güclü olur. Onun hesablamasına görə, başın 15 dərəcə əyilməsi 12,2 kq, 30 dərəcə 18,1 kq, 45 dərəcə isə 22,2 kq ağırlığında yükün çəkisinə bərabərdir.
Xansrac bildirib ki, belə yüksək yüklənmə vaxtından əvvəl problem yarada, hətta onurğaarası disklərin qırılmasına səbəb ola bilər.
Emil Hüseynov
İnternetdə informasiya axtarışı insanın onurğa sistemini əyir
SMS yazan, “Facebook”da xəbər lentlərini oxuyan və ya “Google”da axtarış edənlər başlarını aşağı əyərək boyun fəqərələrini gərginləşdirir.Nəticədə başın qeyri-təbii vəziyyəti bel sütununa güclü təzyiq göstərir ki, bu da zamanla sağlamlığa bərpaolunmaz zərər vura bilər. “Surgical Technology International” jurnalında dərc edilmiş məqalədə bu haqda yazılıb.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, böyük insanın başı ayaqüstü vəziyyətdə təxminən orta hesabla 4,5-5.4 kq təşkil edir. Başı aşağı əydikdə boyun fəqərələrinə yüklənmə kəskin artır və 27 kq-a çata bilər. Kompüterdə onurğanın modelini hazırlamış cərrah Kennet Xansrac bu nəticəyə gəlib.
Həkim xəbərdarlıq edib ki, insan başını daha çox aşağı əydikdə boyun fəqərələrində yüklənmə daha güclü olur. Onun hesablamasına görə, başın 15 dərəcə əyilməsi 12,2 kq, 30 dərəcə 18,1 kq, 45 dərəcə isə 22,2 kq ağırlığında yükün çəkisinə bərabərdir.
Xansrac bildirib ki, belə yüksək yüklənmə vaxtından əvvəl problem yarada, hətta onurğaarası disklərin qırılmasına səbəb ola bilər.
Emil Hüseynov
Baxış sayı: 1256
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır