Tarix:21/11/14
“eVolution” şirkətinin proqram təminatı xidmətlərə tələbat zəif olanda və baza stansiyalarının tam gücü ilə işləməsinə ehtiyac olmayanda "Telefónica” şəbəkəsinin bir qismini “Standby” rejiminə keçirəcək.
Pik olmayan vaxtda şəbəkənin tutumunu azaldan “eVolution” mobil operatorun baza stansiyalarının enerji sərfiyyatını 35 faiz azaldaraq mobil şəbəkənin ümumi istismar gücünü həm ucuz, həm də ekoloji baxımdan təmiz edir.
“eVolution” ilk əməkdaşlığı Yamaykanın “Digicel” operatoru ilə qurub. Lakin "Telefónica” Avropa və Amerikada fəaliyyət göstərməklə dünyada nəhəng transmilli operatorlardan biridir.
Sövdələşmədə “Telefónica”nın yalnız Cənubi Amerikada həyata keçirdiyi əməliyyatlar nəzərdə tutulsa da, bu, enerji sərfiyyatının idarə olunmasında qabaqcıl texnologiyaları tətbiq edən yeganə operator deyil.
Belə ki, “GreenTouch” sənaye konsorsiumu telekommunikasiyada diqqəti böyük buraxılış qabiliyyətinə malik şəbəkələrin tikintisindən az enerji sərf edən şəbəkələrə yönəltməyə çalışır.
Həmçinin “SK Telecom” operatoru Cənubi Koreyada "Ericsson” şirkəti ilə birlikdə fəaliyyət göstərməklə şəbəkələrdə oxşar “Standby” texnologiyasını tətbiq etmək istəyir, - "Telekomza” yazır.
“Telefónica” axsam mobil şəbəkələri “Standby” rejiminə keçirəcək
Dünyanın abunəçi sayına görə dördüncü mobil operatoru “Telefónica” İsrailin mobil infrastrukturla məşğul olan “eVolution Networks” “startup”ını (yenicə fəaliyyətə başlayan şirkət) Cənubi Amerikada mobil şəbəkələrin enerji sərfiyyatının idarə olunmasına kömək üçün əməkdaşlığa cəlb edib.“eVolution” şirkətinin proqram təminatı xidmətlərə tələbat zəif olanda və baza stansiyalarının tam gücü ilə işləməsinə ehtiyac olmayanda "Telefónica” şəbəkəsinin bir qismini “Standby” rejiminə keçirəcək.
Pik olmayan vaxtda şəbəkənin tutumunu azaldan “eVolution” mobil operatorun baza stansiyalarının enerji sərfiyyatını 35 faiz azaldaraq mobil şəbəkənin ümumi istismar gücünü həm ucuz, həm də ekoloji baxımdan təmiz edir.
“eVolution” ilk əməkdaşlığı Yamaykanın “Digicel” operatoru ilə qurub. Lakin "Telefónica” Avropa və Amerikada fəaliyyət göstərməklə dünyada nəhəng transmilli operatorlardan biridir.
Sövdələşmədə “Telefónica”nın yalnız Cənubi Amerikada həyata keçirdiyi əməliyyatlar nəzərdə tutulsa da, bu, enerji sərfiyyatının idarə olunmasında qabaqcıl texnologiyaları tətbiq edən yeganə operator deyil.
Belə ki, “GreenTouch” sənaye konsorsiumu telekommunikasiyada diqqəti böyük buraxılış qabiliyyətinə malik şəbəkələrin tikintisindən az enerji sərf edən şəbəkələrə yönəltməyə çalışır.
Həmçinin “SK Telecom” operatoru Cənubi Koreyada "Ericsson” şirkəti ilə birlikdə fəaliyyət göstərməklə şəbəkələrdə oxşar “Standby” texnologiyasını tətbiq etmək istəyir, - "Telekomza” yazır.
Baxış sayı: 677
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır