12px13px15px17px
Tarix:21/11/14

“Bakutel” çərçivəsində Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək

Bu il dekabrın 1-2 tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının  (QDİƏT) Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti dövr üçün koordinatoru seçilib.
 
Bakıda baş tutacaq tədbirdə üzv ölkələrin elm və texnologiyalar məsələləri müzakirəyə çıxarılacaq və bu istiqamətdə fikir mübadiləsi aparılacaq.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək iclas “Bakutel-2014” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində reallaşdırılacaq.
 
Dekabrın 3-də isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin elm və texnologiyalar üzrə nazirlərinin iclası təşkil olunacaq.
 
 İclasda QDİƏT-in baş katibi Viktor Tsvirkunun da iştirakı nəzərdə tutulub.
 
 Bu tədbirdə də səlahiyyətli şəxslər  çıxış edərək  təşkilatın əhatə etdiyi ərazilər üzrə elm və texnologiya məsələlərini gündəmə gətirəcəklər.
 
İclasın nəticəsi olaraq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının  Elm və texnologiya üzrə Əməkdaşlığının 3-cü planı qəbul olunacaq. Eyni zamanda nazirlər bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1015

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024