Tarix:21/11/14
Tətbiq edilən dəyişikliklər “UDRP” araşdırması çərçivəsində şikayət obyektinə çevrilən domenlərin blok edilməsinə aiddir. Əvvəllər bloklama anlayışının qaydalarda ətraflı izah olunmaması domen adları qeydiyyatçılarına (cybersquatters) məlum “cyberflight” praktikasına əl atmağa imkan verib. Qeydiyyatçılara qarşı şikayət verilən zaman onlar mübahisəli domeni asanlıqla digər domen qeydiyyatçısına keçirərək ondan uzun müddət istifadə edə bilirdilər.
Qəbul edilən dəyişikliklər bu boşluqları aradan qaldırır. İndi domenin “UDRP” araşdırması obyekti olması barədə bildiriş alan qeydiyyatçı iki iş günü ərzində domenin köçürülməsini, təkrar qeydiyyatını, eləcə də qeydiyyatdan keçən haqqında məlumatların dəyişdirilməsini istisna edən tədbirlər görməlidir. Həm şikayət edənin, həm də qeydiyyatçının qeydiyyatdan keçmək istəyəni araşdırmanın aparılması barədə məlumatlandırmaması əhəmiyyət kəsb edir. Qeydiyyatçılara bunu etmək isə ümumiyyətlə, qadağandır. Beləliklə, potensial “cybersquatters” ona qarşı görülən tədbirlərdən xəbərsiz olur və cavab tədbirləri görmək imkanından məhrum edilir.
“UDRP” proseduru çərçivəsində domenə görə şikayət rədd edildikdə, qeydiyyatçı bir iş günü ərzində əvvəllər tətbiq edilən bütün məhdudiyyətləri ləğv etməlidir. Maraqlıdır ki, əksər iri qeydiyyatçılar “UDRP” araşdırması çərçivəsində obyektə çevrilən domenin blok edilməsi praktikasından “ICANN”-ın qəbul etdiyi qəraradək istifadə ediblər.
Qəbul edilən dəyişikliklər 31 iyul 2015-ci il tarixindən qüvvəyə minəcək, - “CNews” yazır.
“ICANN” domen adları ilə bağlı mübahisələrə baxılma üçün vahid qaydalara əlavələri təsdiq edib
“Internet Corporation for Assigned Names and Numbers” (ICANN - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası domen adları ilə bağlı mübahisələrə baxılma üçün vahid qaydalara (Uniform Domain-Name Dispute-Resolution Policy/UDRP) əlavələri təsdiq edib.Tətbiq edilən dəyişikliklər “UDRP” araşdırması çərçivəsində şikayət obyektinə çevrilən domenlərin blok edilməsinə aiddir. Əvvəllər bloklama anlayışının qaydalarda ətraflı izah olunmaması domen adları qeydiyyatçılarına (cybersquatters) məlum “cyberflight” praktikasına əl atmağa imkan verib. Qeydiyyatçılara qarşı şikayət verilən zaman onlar mübahisəli domeni asanlıqla digər domen qeydiyyatçısına keçirərək ondan uzun müddət istifadə edə bilirdilər.
Qəbul edilən dəyişikliklər bu boşluqları aradan qaldırır. İndi domenin “UDRP” araşdırması obyekti olması barədə bildiriş alan qeydiyyatçı iki iş günü ərzində domenin köçürülməsini, təkrar qeydiyyatını, eləcə də qeydiyyatdan keçən haqqında məlumatların dəyişdirilməsini istisna edən tədbirlər görməlidir. Həm şikayət edənin, həm də qeydiyyatçının qeydiyyatdan keçmək istəyəni araşdırmanın aparılması barədə məlumatlandırmaması əhəmiyyət kəsb edir. Qeydiyyatçılara bunu etmək isə ümumiyyətlə, qadağandır. Beləliklə, potensial “cybersquatters” ona qarşı görülən tədbirlərdən xəbərsiz olur və cavab tədbirləri görmək imkanından məhrum edilir.
“UDRP” proseduru çərçivəsində domenə görə şikayət rədd edildikdə, qeydiyyatçı bir iş günü ərzində əvvəllər tətbiq edilən bütün məhdudiyyətləri ləğv etməlidir. Maraqlıdır ki, əksər iri qeydiyyatçılar “UDRP” araşdırması çərçivəsində obyektə çevrilən domenin blok edilməsi praktikasından “ICANN”-ın qəbul etdiyi qəraradək istifadə ediblər.
Qəbul edilən dəyişikliklər 31 iyul 2015-ci il tarixindən qüvvəyə minəcək, - “CNews” yazır.
Baxış sayı: 858
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib