Tarix:21/11/14
Qərar məhkəmənin kriptovalyutanı ödəniş aləti kimi təsnif edərək Finlandiyanın ona münasibətini müəyyənləşdirdikdən sonra qəbul edilib. Ölkənin rəqəmli valyutaya münasibəti “Bitcoin”u əmtəə hesab edən Avropanın digər ölkələrinin qanunvericiliyindən fərqlənir.
Lakin Skandinaviya ölkəsi belə yanaşma nümayiş etdirən yeganə ölkə deyil. Belə ki, Belçika Federal Dövlət Maliyyə Xidməti sentyabrda analoji qərar çıxarıb.
Ekspertlərin sözlərinə görə, Finlandiya “Bitcoin”u ödəniş aləti kimi tanımaqla kriptovalyutanın formal valyuta forması hesab edilməsinə yaxınlaşıb. Lakin eyni zamanda Avropa Mərkəzi Bankı qərarı Avropa İttifaqının maliyyə tənzimləmə prinsipləri ilə ziddiyyət təşkil etməsi səbəbindən alqışlamır.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Payspace” yazır.
Finlandiya “Bitcoin”u maliyyə aləti kimi tanıyıb
Finlandiya Mərkəzi Vergilər Şurası “Bitcoin” kriptovalyutasını maliyyə xidməti kimi tanıyıb. Müvafiq qərarda qeyd olunur ki, “Bitcoin” ilə aparılan əməliyyatlar bank xidmətləri kimi təsnif edilir və onlardan əlavə dəyər vergisi tutulmur.Qərar məhkəmənin kriptovalyutanı ödəniş aləti kimi təsnif edərək Finlandiyanın ona münasibətini müəyyənləşdirdikdən sonra qəbul edilib. Ölkənin rəqəmli valyutaya münasibəti “Bitcoin”u əmtəə hesab edən Avropanın digər ölkələrinin qanunvericiliyindən fərqlənir.
Lakin Skandinaviya ölkəsi belə yanaşma nümayiş etdirən yeganə ölkə deyil. Belə ki, Belçika Federal Dövlət Maliyyə Xidməti sentyabrda analoji qərar çıxarıb.
Ekspertlərin sözlərinə görə, Finlandiya “Bitcoin”u ödəniş aləti kimi tanımaqla kriptovalyutanın formal valyuta forması hesab edilməsinə yaxınlaşıb. Lakin eyni zamanda Avropa Mərkəzi Bankı qərarı Avropa İttifaqının maliyyə tənzimləmə prinsipləri ilə ziddiyyət təşkil etməsi səbəbindən alqışlamır.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Payspace” yazır.
Baxış sayı: 666
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır