12px13px15px17px
Tarix:22/11/14

Nyu-Cersi beynəlxalq aeroportunda 6 min “iPad” quraşdırılacaq

“Nyuark Liberti” beynəlxalq aeroportunda restoran biznesi ilə məşğul olan “OTG Management” şirkəti müştərilərin rahatlığı üçün “United Airlines” terminalında altı min “iPad” planşeti quraşdıracaq.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, planşetlərin quraşdırılma prosesinə təxminən 1.5 il vaxt sərf olunacaq. Planşetləri yalnız restoranlarda deyil, həm də masa, dirək və gözləmə zallarında yerləşdirmək planlaşdırılır.

“OTG Management” və “United Airlines” tərəfindən hazırlanmış sistem sayəsində sərnişinlər enmə talonunu planşetin kamerasına göstərməklə uçuşlar haqda informasiya almaqla yanaşı, həm də yemək sifariş edə bilərlər. Bu halda sistem istifadəçilərin məlumatını yadda saxlayaraq onlara müvafiq tövsiyələr verəcək.

Emil Hüseynov
 
 



Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024