12px13px15px17px
Tarix:24/11/14

Britaniya xüsusi xidmət orqanları provayderlərdən şübhəli istifadəçilərin məlumatları üçün sorğu verəcək

Böyük Britaniya xüsusi xidmət orqanları internet provayderlərdən IP ünvanlar üzrə şəbəkənin terrorizm və pedofiliyada şübhəli bilinən anonim istifadəçilərinin adlarını müəyyənləşdirməyə imkan verən məlumatlar üçün sorğu vermək hüququ alacaqlar.

Bu barədə Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey deyib.
 
Nazirin sözlərinə görə, Britaniya hökuməti parlamentə antiterror tədbirləri və təhlükəsizlik haqqında qanun layihəsini müzakirəyə təqdim etmək niyyətindədir. Layihəyə əsasən, istifadəçinin real adını və ünvanını müəyyənləşdirmək üçün polis və əks kəşfiyyat internet şirkətinə şübhəli şəxsin kompüterinin IP ünvanını təqdim edəcək.
 
“Bu qanun layihəsi IP ünvanlarının real problemini həll etməyə imkan verir, bu, düzgün istiqamətdə atılacaq addım olacaq”, - T.Mey qeyd edib.
 
2012-ci ildə Devid Kemeron hökuməti xüsusi xidmət orqanları tərəfindən elektron poçt, telefon kontaktları və vətəndaşların sosial şəbəkələrdə ünsiyyəti üzərində geniş nəzarəti həyata keçirməyə imkan verən qanun layihəsini qəbul etməyi planlaşdırıb. Plana görə, rabitə şirkətləri öz şəbəkələrini xüsusi ötürücülərlə təchiz etməlidir. Ötürücülər xüsusi xidmət orqanlarına real vaxt rejimində və məhkəmənin icazəsi olmadan müəyyən nömrədən bütün telefon zəngləri, mətnli bildirişlər, elektron poçtla göndərilən məktublar və insanın sosial şəbəkələrdə ünsiyyəti haqqında məlumatlar əldə etməyə imkan verəcəkdi.
 
Hazırkı qanun layihəsi əvvəlki planın minimum qısaldılmış variantıdır.
 
Britaniya hüquq müdafiəçiləri polisə IP ünvanı üzrə terrorizm və pedofiliyada şübhəliləri müəyyənləşdirmək hüququnun verilməsini əsaslı hesab edirlər. Lakin onlar ehtiyat edirlər ki, hüquq-mühafizə orqanları bu hüquqdan geniş istifadə edərək ondan sui-istifadə edəcəklər, - “TASS” yazır.   
 



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024