Tarix:24/11/14
"D-Mobile" müştərilərə bir sıra bank əməliyyatını, o cümlədən hesabda qalıq haqqında məlumatların əldə edilməsini, pulköçürmələrini, mobil telefonla hesabların ödənilməsini, sosial şəbəkələrdə şəxsi hesablara qoşulmanı həyata keçirməyə imkan verir.
Əlavənin fərqləndirici cəhəti "Sosmed D-Cash" xidmətidir. Mobil xidmət bank müştərilərinə pul vəsaitlərini "Facebook" ilə digər istifadəçilərə onların "Danamon" bankının və ya digər maliyyə müəssisəsinin əmanətçiləri olub-olmamasından asılı olmayaraq ötürməyə imkan verir.
Sosial şəbəkədə pulu mobil əlavə vasitəsilə köçürmək üçün alıcının göndərən şəxsin dostları sırasında olması tələb olunur. Göndərən köçürmənin məbləğini göstərməli, alıcının mobil telefon nömrəsini daxil etməli və ona pulu əldə etmək üçün xüsusi kod göndərməlidir. "Danamon" müştərisi pulu köçürdükdən sonra alıcının səhifəsində köçürmə haqqında bildiriş görünəcək. Pulu almaq üçün "Danamon"un "D-Cash" xidmətini dəstəkləyən bankomatlarından birindən istifadə edərək kodu və şəxsiyyəti təsdiq edən digər məlumatları, o cümlədən "Fаcebook ID" məlumatları daxil edilməlidir. Hazırda ölkədə bankomatların 1,2 mini bu xidməti dəstəkləyir.
Bankın direktoru qeyd edib ki, İndoneziyada smartfonların populyarlığının sürətlə artması ilə əlaqədar olaraq maliyyə institutları mobil servislərə olan tələbata uyğunlaşırlar.
Bir müddət əvvəl "Facebook" şəbəkəsində pulköçürmələri xidmətinin Hindistan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istifadəyə verilməsi barədə məlumat verilib, - "Payspace" yazır.
İndoneziyada “Facebook” ilə pulköçürmələri xidməti istifadəyə verilib
İndoneziyanın "Danamon Bank" maliyyə institutu əmanətçilərə vəsaitləri populyar "Facebook" sosial şəbəkəsi ilə köçürməyə imkan verən mobil bankinq əlavəsini istifadəyə verib. Proqramdan bankın 2 milyon müştərisinin yararlanacağı gözlənilir."D-Mobile" müştərilərə bir sıra bank əməliyyatını, o cümlədən hesabda qalıq haqqında məlumatların əldə edilməsini, pulköçürmələrini, mobil telefonla hesabların ödənilməsini, sosial şəbəkələrdə şəxsi hesablara qoşulmanı həyata keçirməyə imkan verir.
Əlavənin fərqləndirici cəhəti "Sosmed D-Cash" xidmətidir. Mobil xidmət bank müştərilərinə pul vəsaitlərini "Facebook" ilə digər istifadəçilərə onların "Danamon" bankının və ya digər maliyyə müəssisəsinin əmanətçiləri olub-olmamasından asılı olmayaraq ötürməyə imkan verir.
Sosial şəbəkədə pulu mobil əlavə vasitəsilə köçürmək üçün alıcının göndərən şəxsin dostları sırasında olması tələb olunur. Göndərən köçürmənin məbləğini göstərməli, alıcının mobil telefon nömrəsini daxil etməli və ona pulu əldə etmək üçün xüsusi kod göndərməlidir. "Danamon" müştərisi pulu köçürdükdən sonra alıcının səhifəsində köçürmə haqqında bildiriş görünəcək. Pulu almaq üçün "Danamon"un "D-Cash" xidmətini dəstəkləyən bankomatlarından birindən istifadə edərək kodu və şəxsiyyəti təsdiq edən digər məlumatları, o cümlədən "Fаcebook ID" məlumatları daxil edilməlidir. Hazırda ölkədə bankomatların 1,2 mini bu xidməti dəstəkləyir.
Bankın direktoru qeyd edib ki, İndoneziyada smartfonların populyarlığının sürətlə artması ilə əlaqədar olaraq maliyyə institutları mobil servislərə olan tələbata uyğunlaşırlar.
Bir müddət əvvəl "Facebook" şəbəkəsində pulköçürmələri xidmətinin Hindistan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istifadəyə verilməsi barədə məlumat verilib, - "Payspace" yazır.
Baxış sayı: 620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır