Tarix:26/11/14
Reytinq cədvəlində "Apple Watch", təhlükəsiz "Blackphone", həmçinin "selfi" üçün ştativ və "Microsoft Surface Pro 3" planşeti ən üst sıralarda qərarlaşıb.
"Apple Watch"
Cari ilin sentyabrında təqdim edilmiş, amma hələ satışa çıxarılmayan "ağıllı" saat "Top-25"-likdə altıncı və cihazlar arasında birinci pillədə qərarlaşıb. Nəşrin səhifəsində bu cihazın təsvirində yazılıb ki, "Apple Watch" yalnız "ağıllı" saat deyil, həm də kiçik portativ kompüterdir.
"Bu saat özündə sensor ekranı və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, göstərişlər verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər" – nüfuzlu nəşrin jurnalistləri əmin ediblər və bildiriblər ki, "Apple Watch"ın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.
"Blackphone"
İspaniyanın "Geeksphone" startapı və "Silent Circle" şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış "Blackphone" dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu həmçinin istənilən GSM daşıyıcı ilə işləyir.
"Microsoft Surface Pro 3"
Bu planşet noutbukları əvəz etmək üçün yaradılıb. "Surface Pro 3" – "Microsoft"un istehsalı olan ən nazik və yüngül planşetdir. Eyni zamanda, tamölçülü noutbuk kimi eyni gücə malikdir.
Planşet nəfis dizayna, dördüncü nəsil "Intel Core i3" prosessoruna , 4 QB əməli yaddaşa, 64 QB tutumunda sərt diskə və daxili "MicroSD" rartriderinə malikdir. Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir.
"The Selfie Stick"
"Selfi" üçün ştativ – bu, fotoportretlərin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Elə bu səbəbdən də, ilin texnoloji cihazı koteqoriyasına daxil edilib.
Emil Hüseynov
2014-cü ilin ən yaxşı ixtiraları bəlli olub
2014-cü ilin sonuna yaxın nüfuzlu "Time" jurnalı son 12 ayda dünyaya təqdim edilmiş ən vacib innovativ məhsulların siyahısını dərc edib. Bu siyahı yeni icad edilmiş texnoloji cihazların qiymətləndirilməsi nöqteyi-nəzərindən maraqlı olub.Reytinq cədvəlində "Apple Watch", təhlükəsiz "Blackphone", həmçinin "selfi" üçün ştativ və "Microsoft Surface Pro 3" planşeti ən üst sıralarda qərarlaşıb.
"Apple Watch"
Cari ilin sentyabrında təqdim edilmiş, amma hələ satışa çıxarılmayan "ağıllı" saat "Top-25"-likdə altıncı və cihazlar arasında birinci pillədə qərarlaşıb. Nəşrin səhifəsində bu cihazın təsvirində yazılıb ki, "Apple Watch" yalnız "ağıllı" saat deyil, həm də kiçik portativ kompüterdir.
"Bu saat özündə sensor ekranı və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, göstərişlər verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər" – nüfuzlu nəşrin jurnalistləri əmin ediblər və bildiriblər ki, "Apple Watch"ın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.
"Blackphone"
İspaniyanın "Geeksphone" startapı və "Silent Circle" şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış "Blackphone" dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu həmçinin istənilən GSM daşıyıcı ilə işləyir.
"Microsoft Surface Pro 3"
Bu planşet noutbukları əvəz etmək üçün yaradılıb. "Surface Pro 3" – "Microsoft"un istehsalı olan ən nazik və yüngül planşetdir. Eyni zamanda, tamölçülü noutbuk kimi eyni gücə malikdir.
Planşet nəfis dizayna, dördüncü nəsil "Intel Core i3" prosessoruna , 4 QB əməli yaddaşa, 64 QB tutumunda sərt diskə və daxili "MicroSD" rartriderinə malikdir. Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir.
"The Selfie Stick"
"Selfi" üçün ştativ – bu, fotoportretlərin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Elə bu səbəbdən də, ilin texnoloji cihazı koteqoriyasına daxil edilib.
Emil Hüseynov
Baxış sayı: 1557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır