12px13px15px17px
Tarix:26/11/14

“Wi-Fi” şüası insan sağlamlığı üçün zərərlidirmi?


“Wi-Fi” texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan edib. İndi bir qurğudan digərinə kabel çəkməyə ehtiyac yoxdur, sadəcə “Wi-Fi” router vasitəsilə internetə qoşulmaq olar. Bəs əgər “Wi-Fi” şüası zərərlidirsə?

Hər şeydən əvvəl qeyd edək ki, “Wi-Fi” şüasının zərəri haqda məqalələrin əksəriyyəti elmi fakt və ya tədqiqatlara əsaslanmayıb. Faktların olmamasına baxmayaraq, “Wi-Fi” şüasının sağlamlığa zərərli olması iddiasının tərəfdarları hər gün çoxalır.
 
Bu barədə ciddi elmi araşdırmalar keçirilməyib. Hətta hər hansı ölkə tərəfindən  araşdırma keçirilsə belə, çətin ki, simsiz texnologiyaların tərəfdarları və ya əleyhdarlarının sayı azalacaq.
Britaniyada Sağlamlığın qorunması assosiasiyasının alimləri mobil rabitə şüasını “Wi-Fi” ötürücüdən çıxan şüa ilə müqayisə ediblər. Məlum olub ki, birincinin intensivliyi ikinci ilə müqayisədə 5000 dəfə çoxdur, yəni sadə mobil telefon “Wi-Fi” qoşulma ilə müqayisədə daha çox zərərlidir.

Emil Hüseynov
 

 
 
 



Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024