12px13px15px17px
Tarix:26/11/14

“Apple” korporasiyası internet axtarış nəhəngi ilə əməkdaşlıqdan imtina edir

“The Information” nəşri yazır ki, 2015-ci ildə, ola bilsin ki, “Google” “Safari” brauzerində standart axtarış sistemi olmayacaq. İnternet axtarış sahəsində “Apple”ın yeni tərəfdaşları “Microsoft” və ya “Yahoo!” şirkətləri ola bilər.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, indi “Apple” qurğularından istifadə edənlər “Yahoo!”, "Yandeks" və ya “Bing” axtarış sistemini standart kimi quraşdıra bilərlər, ancaq üstünlük “Google”a verilir. Bu halda qeyd edək ki, 2012-ci ildən “Apple” İT bazarında əsas rəqibi ilə əməkdaşlıqdan tədricən imtina edir. Belə ki, şirkət smartfon və planşetlərinə “Google Maps” və “YouTube” müştərisini qabaqcadan quraşdırmaqdan imtina edib.

“Apple” və “Google” şirkətləri arasında standart axtarış sistemi ilə bağlı imzalanmış müqavilənin müddəti 2015-ci ildə bitəcək. KİV-in məlumatına əsasən, artıq “Microsoft” və “Yahoo!” əməkdaşlıq təklifi ilə “Apple”a müraciət edib. Qeyd edək ki, “Google” “Safari” brauzerində standart axtarış sistemi olmaq hüququna  görə ildə təxminən 1 milyard dollar ödəyir. Bu halda “Siri” səs köməkçisi əsas axtarış sistemi kimi “Bing”dən (Microsoft) istifadə edir.


Emil Hüseynov



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024