Tarix:26/11/14
2012-ci ildə analoji sorğuda onların payı 15 faiz təşkil edib, rəyi soruşulan menecer və informasiya xidmətləri direktorlarının 36 faizi isə ümumiyyətlə “Əşyalar interneti” termini ilə tanış olmayıb. Bu il 16 ölkənin 593 iri şirkətini təmsil edən sorğu iştirakçılarının 80 faizindən çoxu “Əşyalar interneti”ni yaxın on ildə texnologiyaların inkişaf istiqamətlərindən ən stratejisi hesab etdiyini bildirib.
Qeyd olunur ki, Asiya-Sakit okean ölkələri regionunda “Əşyalar interneti” texnologiyaları yüksək səviyyədə tətbiq edilib. Belə ki, bu regionda şirkətlərin 70 faizi “Əşyalar interneti” texnologiyaları əsasında həlləri ya artıq tətbiq edib, ya da hazırda tətbiq edir. Şimali Amerikada belə şirkətlərin payı 60, Avropada 52 faiz təşkil edir.
Respondentlər “Əşyalar interneti” texnologiyalarının tətbiqində ən böyük effekt kimi müştərilərə xidmətin göstərilməsində keyfiyyətin artmasını göstəriblər. İki il əvvəl “Əşyalar interneti”nin əsas üstünlüyü resurs uçotuna və təchizat kanallarına nəzarətin yaxşılaşdırılması hesab olunub.
“Əşyalar interneti” infrastrukturunun mühüm komponentini rəyi soruşulanlar “Wi-Fi” avadanlığında görürlər. 2012-ci ildə keçirilən sorğuda birinci yerə ştrix kodlarla iş üçün qurğular layiq görülüb, - "Computerworld ” yazır.
Dünya şirkətlərinin dörddə bir hissəsi “Əşyalar interneti” texnologiyası əsasında həllər tətbiq edib
“Forrester Consulting” analitikləri tərəfindən “Zebra Technologies” şirkətinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, dünya şirkətlərinin 25 faizi “Əşyalar interneti” texnologiyalarının tətbiqi üzrə layihələr həyata keçirib.2012-ci ildə analoji sorğuda onların payı 15 faiz təşkil edib, rəyi soruşulan menecer və informasiya xidmətləri direktorlarının 36 faizi isə ümumiyyətlə “Əşyalar interneti” termini ilə tanış olmayıb. Bu il 16 ölkənin 593 iri şirkətini təmsil edən sorğu iştirakçılarının 80 faizindən çoxu “Əşyalar interneti”ni yaxın on ildə texnologiyaların inkişaf istiqamətlərindən ən stratejisi hesab etdiyini bildirib.
Qeyd olunur ki, Asiya-Sakit okean ölkələri regionunda “Əşyalar interneti” texnologiyaları yüksək səviyyədə tətbiq edilib. Belə ki, bu regionda şirkətlərin 70 faizi “Əşyalar interneti” texnologiyaları əsasında həlləri ya artıq tətbiq edib, ya da hazırda tətbiq edir. Şimali Amerikada belə şirkətlərin payı 60, Avropada 52 faiz təşkil edir.
Respondentlər “Əşyalar interneti” texnologiyalarının tətbiqində ən böyük effekt kimi müştərilərə xidmətin göstərilməsində keyfiyyətin artmasını göstəriblər. İki il əvvəl “Əşyalar interneti”nin əsas üstünlüyü resurs uçotuna və təchizat kanallarına nəzarətin yaxşılaşdırılması hesab olunub.
“Əşyalar interneti” infrastrukturunun mühüm komponentini rəyi soruşulanlar “Wi-Fi” avadanlığında görürlər. 2012-ci ildə keçirilən sorğuda birinci yerə ştrix kodlarla iş üçün qurğular layiq görülüb, - "Computerworld ” yazır.
Baxış sayı: 858
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib