12px13px15px17px
Tarix:27/11/14

“Wi-Fi” operator avadanlığı bazarının həcmi təxminən 10% yüksəlib

“Wi-Fi” simsiz şəbəkələrinin quraşdırılması üçün nəzərdə tutulmuş operator avadanlığı bazarının həcmi təxminən 10% yüksəlib. “Infonetics Research” tədqiqat şirkətindən bildirilib ki, bu məhsula tələbatın əsas səbəblərindən biri “802.11ac” texnologiyasıdır.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə rabitə operatorları 527 milyon dollar məbləğində “Wi-Fi” giriş nöqtəsi və onlar üçün kontrollerlər satın alıblar ki, bu da ötən illə müqayisədə 9% yüksəkdir. 2014-cü ilin birinci yarısına görə “Cisco”, “Huawei” və “Ruckus Wireless” şirkətləri  bu məhsulların ən böyük istehsalçılarıdır.

"Son iki ildə mobil və stasionar rabitə xidmətləri operatorlarının öz xidmətlərini genişləndirməsi və yaxşılaşdırması fonunda “Wi-Fi” operator avadanlığı bazarında dinamik artım müşahidə olunub" –“Infonetics Research”in əməkdaşı Riçard Uebb deyib.

Emil Hüseynov



Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024