12px13px15px17px
Tarix:28/11/14

"Əşyaların interneti" texnologiyaları istehsalçılarının satın almasına 9,4 milyard dollar xərclənib

İnternetə qoşulmuş qurğular bazarına külli miqdarda investisiya qoyulur. Bu haqda “Hampleton Partners” konsultasiya firmasına istinadən "Reuters" informasiya agentliyi məlumat paylaşıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətdirməsinə əsasən, son üç ildə "əşyaların interneti" (Internet of Things, IoT) sahəsini təmsil edən şirkətlərin satın alınmasına ümumilikdə 9,4 milyard dollar xərclənib. Bu məbləğin yarısından çoxu (5 milyard dollar) 2014-cü ilin ilk doqquz ayı ərzində imzalanmış sazişlərin payına düşüb.
 
Analitiklər tədqiqat işində sözügedən bazarda 100-dən çox M&A-müqaviləni araşdırıblar. “Google” IoT aktivlərinin satın alınmasında liderdir, ancaq “Cisco”, “Samsung”, “Vodafone” və “Verizon” kimi nəzərəçarpacaq dərəcədə aktivləşiblər.  2015-ci ildə bu siyahıda “Intel”, “AT&T”, “Johnson Controls”, “Texas Instruments” və “Juniper Networks” şirkətləri də yer alacaq.
 
Emil Hüseynov



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024