12px13px15px17px
Tarix:28/11/14

“Philips” brendi innovasiya həllərinə görə 4 mükafata layiq görülüb

Niderlandın “Philips” şirkəti İstehlak Elektronikası Assosiasiyası (CEA) tərəfindən Las-Veqasda keçiriləcək beynəlxalq istehlak sərgisinə (CES) təqdim edilən “Beynəlxalq innovativ dizayn 2015” və “Texniki nailiyyətlər 2015” mükafatlarına layiq görülüb.

Bu, innovativ dizayn və məişət texnikasının istehsalı sahəsində uğurları müəyyənləşdirən illik müsabiqədir. Qaliblər arasında “Ev kinoteatrı” kateqoriyasında “Ən yaxşı innovasiya” seçilən “Philips Fidelio B5 Wireless Surround Soundbar” paneli yer alıb.
 
“Biz şadıq ki, “Philips”in dörd məhsulu “CEA”-nın nüfuzlu mükafatına layiq görülüb. “Philips” brendi audiotexnologiyalarda zəngin mirasa malikdir və yeni ideyalar bu ənənəni davam etdirir. On ildən çoxdur “CEA” şirkətin işləmələrini, innovasiyalarını və məhsul dizaynını yüksək qiymətləndirir və biz bu mükafatları dayanmayan inkişafımızın sübutu kimi almağımızdan qürur duyuruq. 2015-ci ilin yanvarında keçiriləcək beynəlxalq istehlak sərgisində biz bu mükafata layiq görülən məhsullar daxil olmaqla ev əyləncələri üçün innovativ məhsullarımızı nümayiş etdirəcəyik”, - şirkətin struktur bölməsinin rəhbəri Kenne Çu deyib, - "4PDA ” yazır.



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024