Tarix:29/11/14
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu fikri Koreya Respublikasının Baş naziri Çanq Honqvon “AzərTAc”a verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, “elektron hökumət” təchizat sahəsində ictimai xidmətin, məlumatın saxlanılmasının, inzibati idarəçiliyin səmərəliliyini artıran çox faydalı infrastruktur formasıdır və insanların gündəlik həyatlarını daha da asanlaşdırır.
Çanq Honqvon bildirib ki, Koreya “elektron hökumət” sisteminin yaradılması və inkişafı üçün Azərbaycan ilə fəal surətdə təcrübə və biliklərini paylaşır.
“Hazırda, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron təhsil mərkəzinin yaradılması üzrə layihə həyata keçirir və bununla əlaqədar olaraq Azərbaycanın hökumət rəsmiləri üçün müxtəlif təlim proqramları təşkil edir. Koreya, həmçinin gələcəkdə Azərbaycan ilə elektron təchizat və mərkəzləşdirilmiş maliyyə menecmenti məlumatı sistemləri sahələrində əməkdaşlığı genişləndirməyə çalışacaq”, - deyə Koreyanın Baş naziri qeyd edib.
Koreyanın Baş naziri: “Azərbaycanın “elektron hökumət” sisteminin sürətli inkişafını yüksək dəyərləndirirəm”
“BMT-nin “elektron hökumət” araşdırmasına əsasən, 2010-cu illə müqayisədə 28 pillə irəliləyərək 2014-cü ildə 68-ci yerdə qərarlaşan Azərbaycanın “elektron hökumət” sisteminin sürətli inkişafını yüksək dəyərləndirirəm”.“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu fikri Koreya Respublikasının Baş naziri Çanq Honqvon “AzərTAc”a verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, “elektron hökumət” təchizat sahəsində ictimai xidmətin, məlumatın saxlanılmasının, inzibati idarəçiliyin səmərəliliyini artıran çox faydalı infrastruktur formasıdır və insanların gündəlik həyatlarını daha da asanlaşdırır.
Çanq Honqvon bildirib ki, Koreya “elektron hökumət” sisteminin yaradılması və inkişafı üçün Azərbaycan ilə fəal surətdə təcrübə və biliklərini paylaşır.
“Hazırda, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron təhsil mərkəzinin yaradılması üzrə layihə həyata keçirir və bununla əlaqədar olaraq Azərbaycanın hökumət rəsmiləri üçün müxtəlif təlim proqramları təşkil edir. Koreya, həmçinin gələcəkdə Azərbaycan ilə elektron təchizat və mərkəzləşdirilmiş maliyyə menecmenti məlumatı sistemləri sahələrində əməkdaşlığı genişləndirməyə çalışacaq”, - deyə Koreyanın Baş naziri qeyd edib.
Baxış sayı: 781
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır