12px13px15px17px
Tarix:01/12/14

Barselonada “Mobile World Congress” sərgisi keçiriləcək

2-5 mart 2015-ci il tarixlərində Barselonada “Mobile World Congress” beynəlxalq elektronika sərgisi keçiriləcək. Tədbirin təşkilatçısı qismində GSM assosiasiyası çıxış edir.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, mobil texnologiyalar qlobal innovasiyaların mərkəzində yerləşir. 2015-ci ildə mobil texnologiyalar sərgisində gələcəkdə mobil sənaye dünyasını formalaşdıracaq istiqamətlərin tədqiqi üçün sənaye liderləri, entuziastlər və novatorlar bir araya gələcək.
 
İllik tədbir şəbəkə, biznes imkanları və işgüzar təkliflər üçün mobil meydança rolunu oynayır.
 
2014-cü ildə “Mobile World Congress” sərgisində dünyanın 200-dən çox ölkəsindən 85 mindən çox peşəkar iştirak edib.

Emil Hüseynov



Baxış sayı: 1085

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024