Tarix:01/12/14
Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaların irəli sürülməsini labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini cəmləşdirir”.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov söyləyib. Son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətlərdən danışan komitə sədri bildirib ki, daşınmaz əmlak infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar, İKT-nin imkanlarından geniş şəkildə istifadə edilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir:
“Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı, ünvan reyestrinin aparılması sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və bu istiqamətdə informasiya-kommunikasiya texnologiyalarının böyük həcmdə tətbiqləri həyata keçirilir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə ön sıralarda yer alır”.
Daşınmaz əmlak idarəçiliyinin monitorinq sistemi, metodoloji yanaşmalar, innovasiyaların təşviqi, məlumatların əlaqələndirilməsi istiqamətində atılan addımlardan danışan K.Həsənovun sözlərinə görə, əmlak məsələlərinin tənzimlənməsində informasiya-kommunikasiya texnologiyaları xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, ölkədə elektron xidmətlərin tətbiqi və təşviqi əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yüksəldib, şəffaflığı daha da artırıb.
SEYMUR
“Əmlak məsələlərinin tənzimlənməsində informasiya-kommunikasiya texnologiyaları xüsusi əhəmiyyətə malikdir”
“Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatların nəticəsi olaraq qısa müddətdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində də ciddi dəyişikliklər baş verib.Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaların irəli sürülməsini labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini cəmləşdirir”.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov söyləyib. Son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətlərdən danışan komitə sədri bildirib ki, daşınmaz əmlak infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar, İKT-nin imkanlarından geniş şəkildə istifadə edilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir:
“Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə xüsusi önəm verir. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı, ünvan reyestrinin aparılması sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və bu istiqamətdə informasiya-kommunikasiya texnologiyalarının böyük həcmdə tətbiqləri həyata keçirilir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə ön sıralarda yer alır”.
Daşınmaz əmlak idarəçiliyinin monitorinq sistemi, metodoloji yanaşmalar, innovasiyaların təşviqi, məlumatların əlaqələndirilməsi istiqamətində atılan addımlardan danışan K.Həsənovun sözlərinə görə, əmlak məsələlərinin tənzimlənməsində informasiya-kommunikasiya texnologiyaları xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, ölkədə elektron xidmətlərin tətbiqi və təşviqi əhaliyə göstərilən xidmətlərin keyfiyyətini yüksəldib, şəffaflığı daha da artırıb.
SEYMUR
Baxış sayı: 803
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır