12px13px15px17px
Tarix:01/12/14

Tbilisidə Beynəlxalq Telekommunikasiya İttifaqının elektrorabitə/İKT göstəriciləri üzrə simpoziumu keçirilib

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) noyabrın 24-26-da Tbilisidə keçirilən elektrorabitə/İKT göstəriciləri üzrə simpoziumunda (WTIS) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin dövlət qulluqçuları və ekspertləri ölkələrin İKT-nin inkişafında nail olduqları tərəqqini qəbul edərək sahənin gələcək inkişafını müzakirə ediblər. Bu barədə BTİ-nin məlumatında deyilir.    
 
Simpoziumu Gürcüstan baş naziri İrakli Qaribaşvili açıb. Tədbirdə həmçinin Gürcüstanın digər rəsmi şəxsləri və BTİ baş katibinin müavini Houlin Çjao və təşkilatın Elektrorabitə İnkişafı Bürosunun direktoru Brahim Sanu iştirak ediblər.
 
“BTİ ölkələri universal çıxış yolunda müşayiət etməyə hazırdır. İKT üzrə statistik məlumatlar bu sektorda tərəqqinin olmasının dəqiq göstəricilərini müəyyənləşdirir və Genişzolaqlı İnkişafa dair Komissiya ölkələrə qlobal informasiya cəmiyyətinin yaradılması üçün qarşıya konkret məqsədlər qoymağa kömək edir”, - BTİ baş katibi Hamadun Ture deyib.
 
Üç gün davam edən diskussiyalar zamanı 2015-ci ildən sonrakı dövr üçün inkişafın gündəliyi və İKT-nin gələcək inkişaf prioritetləri, iritutumlu məlumatlar və İKT-nin gələcək ölçülməsi, rəqabət, tənzimləmə və İKT xidmətlərinin uyğunluğunun qiymətə olan nisbətdə ölçülməsi, eləcə də məlumatların keyfiyyətinin təmini kimi məsələlər müzakirə edilib.
 
İştirakçılar qeyd ediblər ki, İKT dayanıqlı inkişafın məqsədlərinə nail olmaq üçün həlledici rol oynayır. 2015-ci ildən sonrakı dövr üçün İKT sahəsində siyasətin yeni prioritetləri və qeyd olunan müddətdən sonra İKT-nin inkişafda ümumi rolu də müzakirə obyekti olub.
 
“İldən-ilə bu tədbirin miqyası genişlənir. Bu, informasiya cəmiyyətinin ölçülməsinin artan əhəmiyyətindən və İKT-nin 2015-ci ildən sonrakı dövr üçün rolundan xəbər verir”, - BTİ-nin Elektrorabitə İnkişafı Bürosunun direktoru Brahim Sanu deyib.
 
Tədbirdə Yaponiya hökuməti “WTIS 2015”-i ölkəsində qəbul etməyi təklif edib.
 
Əsas beynəlxalq forum olan üçgünlük simpoziumda İKT sahəsində statistik məlumatlar müzakirə olunur. BTİ tərəfindən təşkil olunan və bu il Gürcüstan hökumətinin qəbul etdiyi tədbirdə 250-dən çox iştirakçı, o cümlədən nazir müavinləri, baş direktorlar, eləcə də müəssisə, akademik təşkilatlar və BMT rəhbərləri iştirak edib.
 
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır. 



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024