12px13px15px17px
Tarix:01/12/14

“Bakutel-2014”-də Azərbaycan-İsrail şirkətləri arasında B2B görüşləri keçiriləcək

"Bakutel-2014" Beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycan-İsrail şirkətləri arasında B2B ("Business to business") görüşləri keçiriləcək.

Görüşlər Azərbaycan-İsrail Ticarət Palatasının (IACCI) təşkilatçılığı ilə "İsrail Milli Pavilyonu"nda baş tutacaq.

2-4 dekabr tarixlərində keçirilməsi planlaşdırılan tədbirdə İsrail tərəfindən 13 şirkətdən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
 
Beynəlxalq sərgi-konfransın iştirakçıları sırasında İsrail dövlətinin "IACCI", "Comigo Ltd.", "AudioCodes",  "Teldor Cables and Systems", "Comarcom Ltd.",  TSG (Ness), "Elbit System",      "OneSmart", "Axerra",      "RiT Technologies", "PineApp", "Friendly Technologies" və "Allot" şirkətləri var.
 
Azərbaycan tərəfindən isə B2B görüşlərinə qatılacaq şirkətlərin sırasına dövlət və özəl sektorun nümayəndələri, o cümlədən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB), "Azərkosmos" ASC, Dövlət Radiotezliklər İdarəsi,  Elektron Təhlükəsizlik Mərkəzi,  "Delta Telecom", "Azercell", "Bakcell", "Sinam", "KaTV", "Ultra", "AiləTV", "Aztelekom", "R.I.S.K", "Konnekt", "Neyron", "Bestcomp", "B&BTV", "Narmobile", "Azərtelekom" MMC, "Smart ST", "Cybernet" şirkətləri daxildir.
 
 
Qeyd edək ki, "İsrail İnternet Assosiasiyası"nın baş direktoru vəzifəsində çalışan xanım Dina Beerin rəhbərliyi altında "Bakutel-2014"-də İsrailin 15-ə yaxın şirkəti təmsil olunacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 793

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024