Tarix:02/12/14
Əziz nümayəndələr,
Hörmətli xanımlar və cənablar,
Bakıda Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə keçirilən "Bakutel-2014" Azərbaycan Beynəlxalq Sərgi-Konfransının bütün iştirakçılarına səmimi salamlarımı yetirməkdən məmnunluq duyuram.
"Bakutel" sərgisinin 20-ci ildönümü Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT sahəsində əldə etdiyi yüksək nailiyyətləri nümayiş etdirir.
Azərbaycan qlobal innovasiyaların əldə olunmasında uğurlara nail olub. Sahə üzrə cavabdeh nazirliyin səlahiyyətlərinin və funksiyalarının genişləndirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi yenidən qurulması, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Busanda (Cənubi Koreya) keçirilən səlahiyyətli konfransında ölkənizin BTİ Şurasına üzv seçilməsi deyilənlərə əyani misaldır.
Aydındır ki, Azərbaycan İKT və innovasiya siyasətinin inkişafı ilə bаğlı məqsədlərinə çatmaq üçün də bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir.
BTİ əvvəllər olduğu kimi, dünyanı birləşdirmək ideyasına sadiq qalır. Çünki hər bir vətəndaş İKT-nin üstünlüklərindən və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün bu imkanlardan istifadə etmək hüququna malikdir. Bu zəmində hər bir ölkə 2015-ci ildən etibarən Minilliyin İnkişaf Məqsədlərinin inkişaf gündəliyinin formalaşdırılmasını davam etdirə bilər. Məhz elə bu səbəbdən biz hələ 2010-cu ildə BMT və YUNESKO ilə yanaşı, Genişzolaqlı Rəqəmsal İnkişaf Komissiyasının yaradılmasında mühüm rol oynadıq və bu işdə bizə dəstək olan Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığımızı bildiririk.
2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində Prezident İlham Əliyevin "qara qızılı insan qızılına çevirmək" barədəki möhtəşəm nitqindən sonra Azərbaycan bütün sahələrdə, infrastruktur, kadr potensialı, tədqiqatlar və inkişaf, investisiya və beynəlxalq əməkdaşlıq sahəsində uğurlar əldə edib. Azərbaycan 21-ci əsrin ilk onilliyində İKT sahəsində və eyni zamanda sosial-iqtisadi inkişafda böyük uğurlar əldə edib və bu istiqamətdə perspektiv tərəqqi ikinci onillikdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin birgə səyləri ilə təmin olunur.
"Bakutel" sənaye liderlərini və İKT-nin gələcəyi ilə bağlı parlaq ideyaları bir araya gətirən, özəl sektora son nailiyyətlərini və gələcək planları sərgiləmək imkanı yaradan illik forumdur.
"Bakutel-2014" Azərbaycanda İKT sektorunun əhəmiyyətini bariz şəkildə nümayiş etdirir. Bu baxımdan iştirakçılar rəqəmsal iqtisadiyyatın bütün sahələrinə, o cümlədən səhiyyə, təhsil, nəqliyyat, hökumət və mədəniyyət sahəsinə fayda gətirəcək qabaqcıl əlavələr, xidmətlər və həllərin çoxlu nümunələri ilə tanışlıq imkanına malik olacaqlar.
Buna görə də sizin hamınıza və "Bakutel-2014" tədbirinə uğurlar arzulayıram.
Hörmətlə,
Dr. Hamadun Ture
BTİ-nin Baş Katibi
Hamadun Ture : “Azərbaycan 21-ci əsrin ilk onilliyində İKT sahəsində və eyni zamanda sosial-iqtisadi inkişafda böyük uğurlar əldə edib”
"Bakutel-2014" 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya İexnologiyaları Sərgi-Konfransının iştirakçılarınaƏziz nümayəndələr,
Hörmətli xanımlar və cənablar,
Bakıda Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə keçirilən "Bakutel-2014" Azərbaycan Beynəlxalq Sərgi-Konfransının bütün iştirakçılarına səmimi salamlarımı yetirməkdən məmnunluq duyuram.
"Bakutel" sərgisinin 20-ci ildönümü Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT sahəsində əldə etdiyi yüksək nailiyyətləri nümayiş etdirir.
Azərbaycan qlobal innovasiyaların əldə olunmasında uğurlara nail olub. Sahə üzrə cavabdeh nazirliyin səlahiyyətlərinin və funksiyalarının genişləndirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi yenidən qurulması, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Busanda (Cənubi Koreya) keçirilən səlahiyyətli konfransında ölkənizin BTİ Şurasına üzv seçilməsi deyilənlərə əyani misaldır.
Aydındır ki, Azərbaycan İKT və innovasiya siyasətinin inkişafı ilə bаğlı məqsədlərinə çatmaq üçün də bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir.
BTİ əvvəllər olduğu kimi, dünyanı birləşdirmək ideyasına sadiq qalır. Çünki hər bir vətəndaş İKT-nin üstünlüklərindən və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün bu imkanlardan istifadə etmək hüququna malikdir. Bu zəmində hər bir ölkə 2015-ci ildən etibarən Minilliyin İnkişaf Məqsədlərinin inkişaf gündəliyinin formalaşdırılmasını davam etdirə bilər. Məhz elə bu səbəbdən biz hələ 2010-cu ildə BMT və YUNESKO ilə yanaşı, Genişzolaqlı Rəqəmsal İnkişaf Komissiyasının yaradılmasında mühüm rol oynadıq və bu işdə bizə dəstək olan Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığımızı bildiririk.
2003-cü ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində Prezident İlham Əliyevin "qara qızılı insan qızılına çevirmək" barədəki möhtəşəm nitqindən sonra Azərbaycan bütün sahələrdə, infrastruktur, kadr potensialı, tədqiqatlar və inkişaf, investisiya və beynəlxalq əməkdaşlıq sahəsində uğurlar əldə edib. Azərbaycan 21-ci əsrin ilk onilliyində İKT sahəsində və eyni zamanda sosial-iqtisadi inkişafda böyük uğurlar əldə edib və bu istiqamətdə perspektiv tərəqqi ikinci onillikdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin birgə səyləri ilə təmin olunur.
"Bakutel" sənaye liderlərini və İKT-nin gələcəyi ilə bağlı parlaq ideyaları bir araya gətirən, özəl sektora son nailiyyətlərini və gələcək planları sərgiləmək imkanı yaradan illik forumdur.
"Bakutel-2014" Azərbaycanda İKT sektorunun əhəmiyyətini bariz şəkildə nümayiş etdirir. Bu baxımdan iştirakçılar rəqəmsal iqtisadiyyatın bütün sahələrinə, o cümlədən səhiyyə, təhsil, nəqliyyat, hökumət və mədəniyyət sahəsinə fayda gətirəcək qabaqcıl əlavələr, xidmətlər və həllərin çoxlu nümunələri ilə tanışlıq imkanına malik olacaqlar.
Buna görə də sizin hamınıza və "Bakutel-2014" tədbirinə uğurlar arzulayıram.
Hörmətlə,
Dr. Hamadun Ture
BTİ-nin Baş Katibi
Baxış sayı: 1326
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır