Tarix:02/12/14
Klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir. Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların və qızların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq üçün informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar.
Azərbaycan hər zaman qadınlara geniş imkanların verilməsində aparıcı rola sahib olmuşdur və bu gün də ölkənin dinamik və rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar qadınların aparıcı rolunu tanıyır və dəstəkləyir. Bütün dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qadın və qızların bu sahədəki yerini lazımi səviyyədə müəyyənləşdirmək üçün geniş imkanlar yaradır və uğur qazanmaqdan ötrü onların ixtiyarına lazımi vasitələr təqdim edir.
Klubun təsisçiləri arasında "B.est Solutions", "Microsoft", "HP", "Azercell", "Bakcell", "Azerfon", "BBTV", Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AGAT, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, "Mont", "Art Scarves by Menzer Hajiyeva" kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.
Klubun rəsmi açılış mərasimi dekabrın 3-də 20-ci "Bakutel-2014" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzinin 3-cü zalında keçiriləcək və saat 17:00-da başlayacaq.
Açılış mərasimində salamlama nitqi ilə rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasov, Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Estoniyanın keçmiş xarici işlər naziri xanım Kristiina Oyuland çıxış edəcəklər. Tədbirdə həmçinin "FEMMES DIGITALES" klubunun təsisçiləri – "B.est Solutions" şirkətinin qurucusu xanım Yana Krimpe, "Microsoft" şirkətinin təmsilçisi xanım Səbinə Pərvizi, "Bakcell" şirkətinin nümayəndəsi xanım Xavər Qambayzadə, AGAT-ın rəhbəri Günel İbrahim və "Azerfon" şirkətinin nümayəndəsi Nigar Arpadarai məruzə ilə çıxış edəcəklər.
Azərbaycanda İKT sahəsində çalışan qadınların peşəkar klubu yaradılır
Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubu (AQİK / "FEMMES DIGITALES") yaradılır.Klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir. Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların və qızların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq üçün informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar.
Azərbaycan hər zaman qadınlara geniş imkanların verilməsində aparıcı rola sahib olmuşdur və bu gün də ölkənin dinamik və rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar qadınların aparıcı rolunu tanıyır və dəstəkləyir. Bütün dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qadın və qızların bu sahədəki yerini lazımi səviyyədə müəyyənləşdirmək üçün geniş imkanlar yaradır və uğur qazanmaqdan ötrü onların ixtiyarına lazımi vasitələr təqdim edir.
Klubun təsisçiləri arasında "B.est Solutions", "Microsoft", "HP", "Azercell", "Bakcell", "Azerfon", "BBTV", Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AGAT, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, "Mont", "Art Scarves by Menzer Hajiyeva" kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.
Klubun rəsmi açılış mərasimi dekabrın 3-də 20-ci "Bakutel-2014" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzinin 3-cü zalında keçiriləcək və saat 17:00-da başlayacaq.
Açılış mərasimində salamlama nitqi ilə rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasov, Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Estoniyanın keçmiş xarici işlər naziri xanım Kristiina Oyuland çıxış edəcəklər. Tədbirdə həmçinin "FEMMES DIGITALES" klubunun təsisçiləri – "B.est Solutions" şirkətinin qurucusu xanım Yana Krimpe, "Microsoft" şirkətinin təmsilçisi xanım Səbinə Pərvizi, "Bakcell" şirkətinin nümayəndəsi xanım Xavər Qambayzadə, AGAT-ın rəhbəri Günel İbrahim və "Azerfon" şirkətinin nümayəndəsi Nigar Arpadarai məruzə ilə çıxış edəcəklər.
Baxış sayı: 1186
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır