Tarix:02/12/14
Sizi ölkəmizin paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, Azərbaycan Beynəlxalq 20-ci "Bakutel-2014" Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının işinə müvəffəqiyyətlər arzulayıram.
Son illər gerçəkləşdirilən mühüm layihələr Azərbaycanın dayanıqlı və şaxələnmiş iqtisadi potensialını daha da gücləndirmişdir. Ölkə iqtisadiyyatının prioritet hədəflərindən olan informasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir və indi əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir.
"Azərspace–1" ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəticəsində kosmik ölkələr sırasına qoşulan ölkəmizin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənmişdir və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi dövlətimizin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir.
"Bakutel" sərgi və konfransı artıq öz uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir. Bu ənənəvi tədbiriniz ötən dövr ərzində qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və eləcə də ölkəmizlə yaxından tanışlığa imkan verən tribunaya çevrilmişdir. Şərqlə Qərb və Şimalla Cənub arasında körpü təşkil edən Azərbaycanın tarixi İpək Yolunun virtual məkana keçirilməsinə dair təşəbbüsü mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.
İnanıram ki, sərgi və konfrans çərçivəsində aparacağınız səmərəli müzakirələr qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə töhfələr verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 2014-cü il.
Azərbaycan Beynəlxalq 20-ci “Bakutel-2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına
Hörmətli sərgi və konfrans iştirakçıları!Sizi ölkəmizin paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, Azərbaycan Beynəlxalq 20-ci "Bakutel-2014" Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının işinə müvəffəqiyyətlər arzulayıram.
Son illər gerçəkləşdirilən mühüm layihələr Azərbaycanın dayanıqlı və şaxələnmiş iqtisadi potensialını daha da gücləndirmişdir. Ölkə iqtisadiyyatının prioritet hədəflərindən olan informasiya-kommunikasiya texnologiyalarının inkişafında yüksək göstəricilər əldə edilmişdir və indi əhalinin əksəriyyəti genişzolaqlı internet istifadəçisidir.
"Azərspace–1" ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəticəsində kosmik ölkələr sırasına qoşulan ölkəmizin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələri ilə dəstəklənmişdir və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi dövlətimizin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir.
"Bakutel" sərgi və konfransı artıq öz uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir. Bu ənənəvi tədbiriniz ötən dövr ərzində qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatına, biznes əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinə və eləcə də ölkəmizlə yaxından tanışlığa imkan verən tribunaya çevrilmişdir. Şərqlə Qərb və Şimalla Cənub arasında körpü təşkil edən Azərbaycanın tarixi İpək Yolunun virtual məkana keçirilməsinə dair təşəbbüsü mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.
İnanıram ki, sərgi və konfrans çərçivəsində aparacağınız səmərəli müzakirələr qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə töhfələr verəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 2014-cü il.
Baxış sayı: 914
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı