12px13px15px17px
Tarix:02/12/14

2015-ci ildə smartfon satışlarının artım dinamikası 50% azalacaq

“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna əsasən, smartfon bazarının artım sürəti zəifləyəcək.
 
Analitiklərin qiymətləndirməsinə əsasən, 2014-cü ildə qlobal smartfon tədarükü 1,3 milyarda çatacaq ki, bu da ötən illə müqayisədə 26,3% daha çoxdur. Növbəti il sözügedən bazarın həcmi 12,2% artaraq 1,4 milyarda çatacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-2017-ci illərdə istehsalçılar telefon buraxılışını ildə orta hesabla 9,8% artıracaq, nəticədə sözügedən müddətin sonunda məhsulun tədarükü 1,9 milyarda çatacaq. Bu bazar pul baxımından ildə 4,2% inkişaf edəcək: 2014-cü ildə smartfonların satışından əldə olunan  ümumi gəlir 383 milyard dollar təşkil edəcək və 2018-ci ildə 452 milyard dollaradək artacaq.
 
Analitiklərin proqnozuna görə, 2014-cü ildə smartfonların orta qiyməti 297 dollar təşkil edəcək və 4 il sonra 241 dollaradək azalacaq. Hindistan kimi inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə smartfonların orta qiyməti 135 dollardan aşağıdır. 2018-ci ilə bu göstərici 102 dollar təşkil edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 1078

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024