12px13px15px17px
Tarix:02/12/14

Azərbaycanda yeni elektron xidmət istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sırasına yenisi əlavə edilib.
 
"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, artıq vətəndaşlar nazirliyin "İş yerinə dair arayış" yeni xidməti vasitəsilə heç bir yerə müraciət etmədən, rahatlıqla iş yerinə dair arayışı elektron şəkildə əldə edə biləcəklər.
 
İstifadəçi portalda "İş yerinə dair arayış" e-xidmətinə daxil olan zaman onun FİN-ə uyğun olaraq iş yerlərinin siyahısı avtomatik olaraq ekranda əks olunur.
 
Növbəti addımda istifadəçi açılmış arayış formasında arayışın növünü (əmək haqqının göstərilməsi və ya göstərilməməsi), təyinatını (kredit almaq üçün, viza almaq üçün və ya digər), təqdim olunacağı qurumu (ümumi və ya ünvanlı), son etibarlılıq tarixini və digər zəruri məlumatları daxil edir.
 
Əgər daxil edilən hər hansı bir məlumat müvafiq formata uyğun deyilsə və ya qeyri-dəqiq məlumat daxil edilmişdirsə, ekranda həmin xana üzərində istifadəçiyə qeyd şəklində məlumat bildirilir. Bütün məlumatlar düzgün şəkildə daxil edildikdən sonra istifadəçi "Təsdiqlə" düyməsini klikləyir.
 
Bundan sonra arayış PDF formatında istifadəçinin kompüterinə yüklənir. Sistem tərəfindən arayışın aşağı hissəsində onun doğruluğunu təsdiqləyən QR kod qeyd olunur. Arayışı çap etmək və elektron şəkildə aidiyyəti e-poçt ünvanına göndərmək mümkündür.
 
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalına inteqrasiya olunan e-xidmətlərinin sayı 12-yə çatıb.
 
CAHANGİR




Baxış sayı: 1261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024